Avropa
Daha bir ölkə məcburi hərbi çağırışı BƏRPA EDİR
Xorvatiya və Serbiyanın ardınca Monteneqro da məcburi hərbi xidmətin ləğvindən 18 il sonra geri qayıtmağı planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti yazıb.
Qeyd edilib ki, respublika əhalisinin əksəriyyətinin müstəqilliyinin lehinə çıxış etdiyi referendumdan üç ay sonra, 2006-cı ilin avqustunda ölkədə orduya çağırış ləğv edilib.
Nəşr qeyd edir ki, hərbi xidmətə qayıtmaq qərarına 2025-ci ildən məcburi hərbi xidmət tətbiq edəcək Xorvatiya və Serbiya da təsir edib.
Hərbi analitiklər bu tendensiyanı artıq məcburi hərbi xidmətin qaytarılmasının tərəfdarı olan Kosovo və Şimali Makedoniya tərəfindən də dəstəklənə biləcəyini ehtimal edirlər.
Bundan əvvəl Polşa ümumdünya hərbi çağırışın qaytarılmasına çağırıb. Onlar ölkənin döyüş hazırlığını qorumaq və “potensial düşmən”lə qarşılaşmaq üçün silahlı qüvvələr yaratmaq niyyətlərini açıqlayıblar.
Hüseyn İbadlı
-
MDB15:35
Rus ordusu Kupyanska girdi: Xarkov uğrunda döyüşlər gedir
-
Region14:40
Paşinyan 9 noyabr bəyanatını imzalaması haqda: Heç kimin fikri məni...
-
Rəsmi xronika13:55
İlham Əliyev Efiopiya prezidenti ilə görüşdü
-
Ekologiya13:10
Sabah hava çiskinli olacaq - PROQNOZ
-
Rəsmi xronika12:44
İlham Əliyev Məhəmməd Yunus ilə görüşdü - YENİLƏNDİ
-
Nida Xəbər 11:52
Ərdoğan ilə Bakıya gələn jurnalistə görün nə hədiyyə etdilər - FOTO
-
Dünya11:04
Qaçış planı: Trampdan qorxan şahzadə Harri və Meqan Markl bu ölkədə EV ALDILAR
-
ABŞ10:52
Pentaqonda misli görünməmiş silkələnmə: Tramp onları qovacaq - SİYAHI HAZIRLANIR