Durovun sevgilisi həmin vaxt hamilə imiş, amma... - FOTO
Bizi izləyin

Avropa

Durovun sevgilisi həmin vaxt hamilə imiş, amma... - FOTO

"Telegram"ın sahibi Pavel Durov Fransada saxlanılan zaman onun sevgilisi Yuliya Vavilova hamilə olub.

Publika.az Gazeta.ru-ya istinadla xəbər verir ki, bu barədə Durov və Vavilovanın Telegram kanallarında yazılar dərc olunub.

Cütlük özləri bunu bir iş adamının həbsi səbəbindən qızın stressi, həmçinin internetdə ona qarşı təzyiq dalğası ilə əlaqələndirirlər.

Qeyd edilib ki, sosial şəbəkə istifadəçiləri Vavilovanı kəşfiyyat agenti adlandırıblar və Fransa hakimiyyətinin Durovu onun postları vasitəsilə dəqiq müəyyən etməsində ittiham ediblər.

"Bloqerlər məni Pavelin həbsində günahlandırdılar və sui-qəsd nəzəriyyələri yaydılar. Stressi təsvir etmək mümkün deyildi. Panik atak başladı.

Hər şey eyni vaxtda baş verdi: Pavelin həbsi, yalanlar və mənə qarşı nifrət. Sosial şəbəkələrə, telefona, heç nəyə çıxışım yox idi. Cavab verə bilmədim və hamısını qəbul etdim", - qız vəziyyətini təsvir edib.

Testin müsbət nəticəsi Vavilovanı şoka salıb, o, xəbəri Durova necə açıqlamaq lazım olduğunu bilməyib. Nəticədə iş adamı polisdə qaldığı müddətdə bu barədə onun vəkili məlumat verib.

"Bir az fasilədən sonra dedim ki, xoş xəbərə görə təşəkkür edirəm. İştirak edən digərləri – tərcüməçi, məmur, polis yöndəmsiz şəkildə gülümsədi. Sonradan bildim ki, polis Yuliyanın hamiləliyi ilə bağlı xəbəri mənə necə çatdıracağını bilmir”, – Durov xatırlayır.

Vavilovanın sözlərinə görə, dölün hamiləliyin onuncu həftəsində ürəyi dayanıb. Cütlük bundan qızın oktyabrın 4-də həkimə getdiyi zaman xəbər tutub.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm