NATO Kiyevə yeni silahlar göndərir - Siyahıda görün nələr var
Bizi izləyin

Avropa

NATO Kiyevə yeni silahlar göndərir - Siyahıda görün nələr var

NATO-nun Avropadakı müttəfiq qüvvələrinin baş komandanı, general Kristofer Kavoli Ukrayna üçün cəbhədə Ukrayna Silahlı Qüvvələrinə kömək edə biləcək silahların siyahısını hazırlayıb.

Publika.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadla məlumat yayıb.

“Kavoli Ukrayna ordusuna daha effektiv mübarizə aparmağa kömək edə biləcək ABŞ-ın imkanlarının siyahısını açıqlayıb ”, - deyə telekanal bildirib.

Siyahıya hava-yer raketləri və ABŞ və NATO tərəfindən istifadə edilən, döyüş sistemləri arasında daha qüsursuz əlaqə yaratmağa imkan verən və xüsusilə hava və yer hədəfləri üçün faydalı olan məlumat mübadiləsi şəbəkəsi olan "Link 16" kimi tanınan rabitə sistemi daxil edilib.

"Eyni zamanda, döyüş təyyarələrindən atılan “hava-yer” tipli raketlər müəyyən səviyyədə hava üstünlüyünə nail olmadıqda ukraynalılar üçün faydasız ola bilər", - deyə telekanalın mənbəsi əlavə edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm