Fransada Ukraynaya yardımla bağlı narazılıq: Bir qəpik də yoxdur
Bizi izləyin

Avropa

Fransada Ukraynaya yardımla bağlı narazılıq: Bir qəpik də yoxdur

Fransa Vətənpərvərləri Partiyasının lideri Florian Filippo yeni büdcə layihəsi ərəfəsində Fransanın Ukraynaya yardımını "dəlilik" adlandırıb.

Publika.az xəbər verir ki, bu barədə siyasətçi özünün "X" sosial şəbəkə hesabında yazıb.

“Barnier və Makron hökumətinin fransızlara 2025-ci il üçün qənaət büdcəsini təqdim etmək üzrə olduğu gün səhiyyə sektorunda fransızlardan, pensiyalardan, ictimai xidmətlərdən və vergilərdən 60 milyard alınır”, - deyə o, qeyd edib.

Filipponun sözlərinə görə, Parisin ayırdığı vəsait “korrupsiyaya” xərclənəcək, bu səbəbdən Kiyevə yardım şəklində “dəliliy”i dayandırmaq lazımdır, Fransanın Ukraynaya verməyə bir qəpiyi də yoxdur.

Qeyd edək ki, Vladimir Zelenski Parisdəki görüşü zamanı Fransa prezidenti Emmanuel Makrondan üç milyard avroluq yeni çek almağı planlaşdırır. Makronun özü Fransanın baş naziri Mişel Barnier ilə birlikdə 2025-ci ildə dövlət xərclərini 40 milyard avro azaltmağı və vergiləri çoxaltmaqla daha 20 milyardı artırmağı planlaşdırır.

KİV bu tədbirlərlə əlaqədar 65 minə yaxın vergi ödəyicisinin və 300 iri şirkətin daha çox vergi ödəyəcəyini qeyd edib. Barnier həmçinin Fransanın milli borcunu və büdcə kəsirini azaltmağı planlaşdırır.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm