Avropa
Putin Şimali Koreya ordusunu döyüşlərə cəlb etdi: Ukraynada vəziyyət dəyişir
Cənubi Koreya və Ukrayna rəsmilərinin verdiyi məlumata görə, Şimali Koreya əsgərləri artıq Ukraynada döyüşürlər. Onlar, həmçinin gələcəkdə Rusiya ordusu ilə birlikdə mümkün yerləşdirmə üçün Rusiyada təlim keçirlər.
Publika.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Tədqiqi İnstitutunun analitikləri Ukrayna kəşfiyyatının nümayəndəsinə istinadən yazıblar.
Bildirilib ki, Şimali Koreya zabitləri Rusiya qoşunlarını izləyir və Ukraynanın işğal olunmuş ərazisində döyüş meydanını öyrənir. Lakin indiyədək Ukraynada Şimali Koreyanın heç bir bölməsi fəaliyyət göstərmir.
“Ukrayna rəsmisi əlavə edib ki, “bir neçə min” Şimali Koreyalı piyada Rusiya ərazisində təlim keçib və Rusiya hərbi komandanlığı onları 2024-cü ilin sonuna qədər Ukrayna cəbhəsinə və ya Rusiyanın sərhədyanı bölgələrinə ehtiyat üçün göndərə bilər”, - hesabatda deyilir.
Qeyd edilir ki, Rusiyanın cəbhədə yerləşdirə biləcəyi Şimali Koreya qüvvələrinin həcmi hələ də bəlli deyil, lakin bu, Rusiyaya Ukraynada prioritet hücum əməliyyatları üçün əlavə qüvvələr cəlb etmək və yay hücumunu uzatmaq imkanı verəcək.
Eyni zamanda, analitiklər qeyd edirlər ki, Şimali Koreya qoşunlarının yerləşdirilməsi keyfiyyətdən, güc strukturundan, yerləşmədən və qarşılıqlı fəaliyyətdən asılı olaraq “Ukraynaya bu vəziyyətdən istifadə etmək üçün imkanlar yarada bilər”.
Akqabay
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi
-
Art09:36
Azərbaycanda aktyor vəfat etdi - Foto