Avropa
Fransa İsraildəki səfirini çağırdı: Təl-Əvivdən izahat TƏLƏB ETDİ
Fransa Xarici İşlər Nazirliyi Livanda sülhməramlılara hücumlara görə İsrail səfirini çağırıb.
Publika.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Bu hücumlar beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır və dərhal dayandırılmalıdır. İsrail hakimiyyəti izahat verməlidir. Buna görə də Fransa Xarici İşlər Nazirliyi İsrail səfirini çağırır”, - XİN-in bəyanatında deyilir.
Xatırladaq ki, ötən gün BMT-nin Livandakı müvəqqəti qüvvələrinin ölkənin cənubunda, İsraillə sərhəddə yerləşən bazası İsrail hərbçilərinin atəşinə məruz qalıb. Nəticədə İndoneziya hərbi qrupunun iki sülhməramlısı yaralanıb.
Bundan əlavə, İtaliyanın iki bazası və İndoneziyanın nəzarətində olan bir baza da atəşə tutulub. İtalyan əsgərləri xəsarət almayıb. Mövqelərə xüsusi ziyan dəyməyib, çünki atəş onları əhatə edən obyektlərə, xüsusən də xarici müşahidə kameralarına hədəflənib.
Adəm Abbaslı
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi
-
Art09:36
Azərbaycanda aktyor vəfat etdi - Foto