London Tbilisi ilə dialoqu dondurdu: Səbəb bəllidir
Bizi izləyin

Avropa

London Tbilisi ilə dialoqu dondurdu: Səbəb bəllidir

London müdafiə sahəsində Tbilisi ilə “Wardrop” dialoqunu dondurur və Gürcüstan hakimiyyətinin hərəkətləri ilə bağlı iki ölkənin baş qərargah rəisləri səviyyəsində danışıqları ləğv edir.

Publika.az xəbər verir ki, bunu Böyük Britaniyanın Gürcüstandakı səfiri Qarret Uord bildirib.

“Son 10 ildə ilk dəfə olaraq biz Britaniya tərəfi illik “Wardrop” Yüksək Səviyyəli Nazirlər Dialoqunu dondurmaq qərarına gəldik. Bu, dialoq formatı yaranandan bəri ilk dəfə baş verib. Biz həmçinin müdafiə qərargahları arasında planlaşdırılan yüksək səviyyəli danışıqları ləğv etdik və yeni kibertəhlükəsizlik proqramını dayandırdıq”, - diplomat bildirib.

İyulda məlum olub ki, Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Qerçinski Gürcüstanın birliyə inteqrasiyasını dayandırdığını bəyan edib. Bundan əlavə, Brüssel də Gürcüstan ordusuna dəstək üçün ayrılan 30 milyon avronu dondurub.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm