Avropa
Makrondan Netanyahuya xatırlatma: Unutma, İsrail belə yaranıb
Fransa prezidenti Emmanuel Makron İsrailin baş naziri Benyamin Netanyahuya İsrailin BMT qərarı ilə yaradıldığını xatırladıb.
Publika.az xəbər verir ki, onun sözlərini “Parisien” sitat gətirib.
Bu şərh İsrail səfirinin Fransa Xarici İşlər Nazirliyinə çağırılmasından sonra Nazirlər Şurasının qapalı iclasında verilib. Makron xatırladıb ki, İsrail 1947-ci ildə Britaniya mandatının sona çatmasından sonra Fələstinin müstəqil ərəb və yəhudi dövlətlərinə bölünməsinə dəstək verən BMT Baş Assambleyasının qərarı ilə yaranıb.
"Cənab Netanyahu unutmamalıdır ki, ölkəsi BMT-nin qərarı ilə yaradılıb və buna görə də o, BMT-nin qərarlarını pozmamalıdır", - Fransa lideri vurğulayıb.
Bundan əvvəl Emmanuel Makron bildirmişdi ki, Fransa İsraildən hərbi əməliyyatları tez bir zamanda başa çatdırmağı tələb edir. O, həmçinin Fransanın xarici işlər naziri Jan-Noel Barroya Livan və Qəzzada gərginliyin azaldılması ilə bağlı Yaxın Şərqdə məsləhətləşmələr aparmağı tapşırıb.
Tural
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi