Avropa
Avropa İttifaqına daha bir ölkə qoşulur: Proses başladı
Avropa İttifaqı (Aİ) Albaniya ilə üzvlük danışıqları çərçivəsində ilk fəsillərin açıldığını elan edib.
Publika.az xəbər verir ki, Lüksemburqda Aİ və Albaniya arasında 2-ci üzvlük konfransı keçirilib.
Konfransdan sonra Macarıstanın Aİ-nin müvəqqəti prezidenti olan xarici işlər və ticarət naziri Peter Szijjarto Aİ Komissiyasının qonşuluq və genişlənmə üzrə məsul üzvü Oliver Varhelyi və Albaniyanın baş naziri Edi Rama birgə mətbuat konfransı keçiriblər.
Szijjarto bildirib ki, Albaniya ilə əsas hüquqlar və məhkəmə sistemi ilə bağlı əsas dəyərlər fəsli açılıb:
“Qlobal siyasət və geniş iqtisadiyyata gəldikdə Aİ-nin rəqabət qabiliyyətini və çəkisini itirdiyinin fərqindəyik. Ona görə də Aİ-nin yeni enerjilərə ehtiyacı var. Qərbi Balkan ölkələrinin 15 ildən artıqdır ki, Aİ üzvlüyünü gözlədikləri halda, bəzi üzv ölkələrin genişlənməyə qarşı bəhanə axtardıqlarını müdafiə edib”.
Baş nazir Edi Rama ölkəsini Aİ üzvlüyünə bir addım yaxınlaşdıran qərardan məmnunluğunu ifadə edib:
“Bu gün şübhəsiz ki, Alban xalqı, eləcə də Arnavut xalqı üçün tarixi əhəmiyyət kəsb edən mühüm bir gündür. Albaniya Aİ-yə üzvlük üçün rəsmi müraciətini 2009-cu ildə etmişdi. Komissiyanın 2012-ci ilin oktyabrında verdiyi müsbət rəydən sonra Şura 2014-cü ilin iyununda ölkəyə “namizəd statusu” verilməsi barədə qərar qəbul edib”.
Aysel Şahmar
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi