Sözü ilə əməli bir olmayan Avropa: Dünyaya sırıdığı “dəyərlər” tənəzzülə uğrayıb
Bizi izləyin

Avropa

Sözü ilə əməli bir olmayan Avropa: Dünyaya sırıdığı “dəyərlər” tənəzzülə uğrayıb

“Avropa məkanında islamofobiya, türkəfobiya tarixi köklərə malikdir. Hazırda da özünü yeni mərhələdə göstərməkdədir. Digər tərəfdən, ifrat sağçılıq və bu kimi radikal düşüncənin kökündə şovinizm və millətçilik meyilləri dayanır ki, bu da Qərb siyasətində özünü geniş nümayiş etdirir”.

Bunu Publika.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O əlavə edib ki, bu vaxta qədər miqrantlar əleyhinə çıxış edən siyasi qüvvələrin və partiyaların nüfuz qazanması müşahidə olunurdu. Bu gün isə bu qüvvələr həm də seçkilərdə qalib gəlirlər:

"Bu qüvvələr ölkənin daxili və xarici siyasətində üstün mövqeyə malik olurlar. Belə görünür ki, onlar həm də Avropanı gələcəkdə nəzarətdə saxlayacaqlar. Avropada hakimiyyət orqanlarının laqeydliyi ucbatından miqrantlara qarşı repressiv addımlar atılır. Kütləvi ölüm hallarının sayı artır. Bunun qarşısını əvvəldən almaq mümkün olardı. Sanki bu siyasətin təşviqi, siyasətə yaşıl işıq yandırılması bugünkü proseslərə gətirib çıxardı".

Politoloq diqqətə çatdırıb ki, Avropada olan siyasət daha sərt təzahür edəcək:

“Eyni zamanda, Avropada bərabərlik, vahid yanaşmanın tədbiq olunması, fikir müxtəlifliyi artıq unudulub. Orada multikulturalizm və tolerantlıq çoxdan aradan götürülüb. Avropada yalnız şovinist düşüncələr hakimdir. Bu da qitə üçün gələcəkdə böyük fəsadlara gətirib çıxara bilər. Avropanın təhlükəsizlik sisteminin asılılığı siyasətçilərini düşündürməyə başladıb. Avropanın sosial, iqtisadi, siyasi, enerji böhranı qarşıdakı dövrdə də müşahidə olunacaq”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm