İspaniyada daşqınlar nəticəsində ölənlərin sayı 100-ə yaxınlaşdı - YENİLƏNDİ
Bizi izləyin

Avropa

İspaniyada daşqınlar nəticəsində ölənlərin sayı 100-ə yaxınlaşdı - YENİLƏNDİ

İspaniyanın Valensiya şəhərində daşqınlar nəticəsində ölənlərin sayı 92 nəfərə çatıb. Ölkənin digər iki bölgəsində də 3 nəfərin öldüyü bildirilir.

Publika.az xəbər verir ki, bu barədə Regional Fövqəladə Hallar Xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.

Xilasetmə işləri davam edir, prosesə yüzlərlə hərbçi cəlb edilib.

***

İspaniyanın cənub-şərqində güclü yağışlarla müşayiət olunan fırtına və onların səbəb olduğu daşqınlar nəticəsində azı 72 nəfər dünyasını dəyişib. İtkin düşənlər var.

Publika.az xəbər verir ki, İspaniyanın Baş naziri Pedro Sançes onlarla şəhərin su altında qaldığını bildirib və əhali üçün təhlükənin hələ keçmədiyi barədə xəbərdarlıq edib.

Valensiyada daha əvvəl 400-ə yaxın insan təxliyə edilib, oktyabrın 30-da məktəblərdə dərslər, eləcə də bu tarixə təyin olunan idman tədbirləri ləğv edilib, parklar bağlanıb.

***

İspaniyada daşqınlar nəticəsində 7 nəfər itkin düşüb.

Publika.az xəbər verir ki, bu barədə "The Guardian" məumat yayıb.

İspaniyanın Valensiya şəhərində yağan yağışlar səbəbindən dəmir yolu və magistral yolları su basıb, bölgədə sürətli qatarların hərəkəti dayandırılıb. Əndəlüsdə 276 sərnişini daşıyan sürət qatarı təbii fəlakət nəticəsində relsdən çıxıb, xəsarət alan olmayıb.

Sular azaldıqdan sonra xilasedicilər bir neçə cəsəd aşkar ediblər.

Təbii fəlakət fonunda İspaniyanın dövlət meteoroloji agentliyi AEMET Valensiyada qırmızı, Əndəlüsün bəzi yerlərində narıncı həyəcan siqnalı verib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm