Dünya
Orderin icrasına başlanıldı - Cənubi Koreya Prezidenti HƏBS EDİLİR
Cənubi Koreyada dövlət antikorrupsiya agentliyinin müstəntiqləri dövlət başçısı Yun Sok Yolu qiyam ittihamı ilə həbs etmək üçün prezident iqamətgahına gəlib.
Publika.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi korrupsiyanın araşdırılması departamentindəki yüksək vəzifəli məmurlara istinadla məlumat yayıb.
"Biz prezident Yunun həbsinə dair orderi icra etməyə başladıq", - mənbə bildirib.
Hazırda iqamətgahdan kənarda prezidentin tərəfdarları toplaşıb.
Dekabrın 31-də Cənubi Koreyada məhkəmənin fəaliyyəti dayandırılmış prezident Yun Sok Yolun həbsinə order verdiyi bildirilib.
Yun Sok Yol hərbi vəziyyətlə bağlı üç dəfə dindirilməyə gəlmədiyi üçün müstəntiqlər order üçün müraciət ediblər. Bu, Cənubi Koreya tarixində ilkdir.
Dekabrın 27-də Cənubi Koreya parlamentinin üzvləri ona impiçment elan ediblər.
Hüseyn İbadlı
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var



















.jpg)





.jpg)














