Avropa
Lukaşenkonu qucaqladı, Putinlə görüşdü... - Onu qınayanların sayı çoxalır
İsveç parlamentinin üzvü Markus Viçel BMT baş katibi Antonio Quterreşi Rusiyaya səfərinə və Kazanda keçirilən BRİKS sammiti çərçivəsində prezident Vladimir Putinlə görüşünə görə tənqid edib.
Publika.az "Lenta.ru"ya istinadən xəbər verir ki, o, beynəlxalq təşkilatın baş katibinin hərəkətlərinə qiymət verilməsi xahişi ilə İsveç Xarici İşlər Nazirliyinin rəhbəri Malmer Stenerqarda müraciət ünvanlayıb.
Onun sözlərinə görə, Quterreşin Rusiyaya səfəri bir neçə baxımdan “problemlidir”.
“Bir tərəfdən onun hətta ora gedib belə bir kontekstdə iştirak etməsi, digər tərəfdən də özünü qınayan tərzdə apardığı üçün. O, heç vaxt Rusiyanı təcavüzkar adlandırmayıb”, - İsveç parlamentinin deputatının məktubunda qeyd olunub.
Viçel həmçinin vurğulayıb ki, BMT-nin baş katibi Rusiyanın hərəkətlərini pisləmək əvəzinə, BMT Nizamnaməsi dəyərlərinin, qanunun aliliyi və bütün dövlətlərin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyi prinsiplərinin müdafiəsinin zəruriliyindən danışır.
Deputatın sözlərinə görə, diplomatın hərəkətləri BMT-nin əsas sülh və təhlükəsizlik prinsiplərinə ziddir, həmçinin beynəlxalq təşkilata və onun nüfuzuna inamı sarsıdır.
Qeyd edək ki, Putinlə Quterreşin Kazanda görüşü BMT Günündə - oktyabrın 24-də baş tutub. Bu, onun Ukraynada hərbi əməliyyat başlayandan bəri Rusiyaya ilk səfəri idi. Quterreş görüşün əvvəlində reklamdan yayınmağı xahiş edib.
Bundan əvvəl Litvada BMT rəhbəri Putin və Lukaşenkonu qucaqladığına görə qınanmışdı.
Adəm Abbaslı
-
Magazin207:30
Yeni ildə eşqini elan etdi
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?