Avropa
Avropa çalxalanır: Qəddafi hansı prezidentə çamadanlarla pul göndəribmiş?
Fransanın keçmiş prezidenti Nikola Sarkozi Liviyanın devrilən və öldürülən prezidenti Müəmmar Qəddafidən qeyri-qanuni maliyyə almaq ittihamı ilə məhkəmə qarşısına çıxacaq.
Publika.az xəbər verir ki, Sarkozinin seçki kampaniyasını maliyyələşdirmək üçün Liviyanın keçmiş liderindən milyonlarla avro aldığı iddia edilir.
“Guardian” yazır ki, bu, Fransa tarixində ən böyük siyasi-maliyyə qalmaqalı hesab olunur. Sarkozi və daha 12 nəfər, eləcə də keçmiş hökumətin üç naziri Qəddafidən külli miqdarda vəsait almaqda ittiham edilir.
Sarkozinin Qəddafidən pul alması ilə bağlı başlanan anti-korrupsiya tədqiqatı 10 il davam edib. Bu tədqiqat “korrupsiya sui-qəsdi” adlandırılıb. Araşdırmalara görə, Qəddafi Sarkozinin qalib gəldiyi 2007-ci il seçkilərini qeyri-qanuni şəkildə maliyyələşdirib. Pullar Parisdəki nazirlik binalarına çamadanlarda nağd şəkildə çatdırılıbmış.
Bu iddiaları araşdıracaq məhkəmə Liviyanın verilən pullar qarşılığında Sarkozidən diplomatik, hüquqi və biznes xidmətləri tələb edib-etmədiyini də nəzərdən keçirəcək. Məhkəmə prosesi üç ay ərzində davam edəcək.
Məlumatlara görə, Sarkozi 2005-ci ildə daxili işlər naziri kimi Liviyada Qəddafinin nümayəndələri ilə görüşüb. 2007-ci ildə Sarkozi Fransa prezidenti olduqdan qısa müddət sonra Qəddafi uzunmüddətli dövlət səfəri üçün Parisə dəvət edilib və Liviya lideri Yelisey sarayı yaxınlığındakı bağlarda bədəvi çadırı qurması ilə yadda qalıb. Sarkozi 1980-ci illərdə “dövlət terrorizminin sponsoru” ittihamına görə münasibətlərin dondurulduğu Qəddafini Qərbdə qəbul edən ilk lider olub. Lakin 2011-ci ildə Qəddafiyə qarşı üsynalar başlayanda Sarkozi NATO-nun Liviyaya müdaxilə hərəkatına Fransa qüvvələrini aktiv şəkildə daxil etdi. Həmin ilin oktyabr ayında Qəddafi üsyançılar tərəfindən əsir götürüldü və vəşhicəsinə öldürüldü.
Məhkəmə irəli sürülən ittihamları təsdiq edərsə, Sarkozini, onun hökumətində yer almış Klod Queantı və Brice Hortefeni 10 il həbs cəzası gözləyir. Müttəhimlər kürsüsündə Sarkozi hökumətində büdcə naziri olmuş, hazırda Emmanuel Makronun mərkəzçi partiyasından deputat olan Erik Vert də var.
Asif
-
ABŞ00:45ABŞ İrana qarşı ardıcıl yeddinci gecə hücumlarına başladı
-
Ekologiya00:27Bakıda yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
-
Magazin117 İyul 21:39Ömər Eldarov xəstəxanaya yerləşdirildi
-
ABŞ17 İyul 19:40Trampın İrandakı yeni hədəfi - Video
-
Dünya17 İyul 19:307,4 ballıq zəlzələ bu ölkəni silkələdi - Sunami təhlükəsi elan edildi
-
Ekopublika.az17 İyul 19:00Bakıda torpağın və fərdi evlərin dəyəri nə qədər artıb? - Son statistika
-
Elm və təhsil17 İyul 16:44Qəbul imtahanının nəticələri açıqlandı
-
Nida Xəbər 17 İyul 14:58AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib - Lavrov






.jpg)



.jpg)

.webp)

























