Pul
Yeni dollarlar PEYDA OLACAQ - Proses bu tarixdən başlayır
ABŞ dolları tezliklə öz görünüşünü yeniləyəcək.
Publika.az-ın əldə etdiyi məlumata görə, yeni Amerika valyutasının dövriyyəyə buraxılmasının səbəbi saxtalaşdırma riskini azaltmaqdır.
Qeyd edilib ki, bu, bir neçə mərhələdə baş verəcək və proses 2026-cı ildə başlayacaq.
ABŞ Oyma və Çap Bürosunun açıqlamasında deyilir ki, ABŞ saxtalaşdırma riskini azaltmaq üçün əskinaslarının dizaynını dəyişmək niyyətindədir. Qeyd edilib ki, prosedur pul əmanətlərinin saxlanmasının etibarlılığını artırır. Amma əsas məsələ ABŞ iqtisadiyyatının sabitliyini təmin etməkdir.
Federal Ehtiyat Sistemi (FES) (daha çox FED olaraq da adlandırılır) dollar yeniləmə cədvəli hazırlayır.
Beləliklə, yeni 10 dollarlıq əskinas 2026-cı ildə dövriyyəyə buraxılacaq.
Daha iki ildən sonra, 2028-ci ildə yeni 50 dollar çap olunacaq.
20 dollarlıq əskinas 2030-cu ildə çap olunacaq.
2032-ci ildə 5 dollarlıq əskinas, iki ildən sonra isə 100 dollarlıq əskinas buraxılacaq.
Ekspertlərin izah ediblər ki, ABŞ milli valyutasının belə yenilənməsi qrafiki maliyyə risklərini azaldacaq və saxtakarlarla mübarizəni gücləndirəcək.
Bu, ölkə tarixində yeni təcrübə deyil. Tənzimləyici vaxtaşırı yeni rənglərdə əskinaslar buraxır. Bu səbəbdən adi yaşıl dollarlar bir müddət sonra ağ və hətta mavi rəngdə çap edilib.
Bu, 90-cı, 2004 və 2013-cü illərdə baş verib və hər dəfə müxtəlif nominallı əskinaslar yeni qiyafədə peyda olub.
Hüseyn İbadlı
-
Hadisə21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək
-
Elm və təhsil20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi
-
Sosial16:37Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi
-
Rəsmi xronika15:43İlham Əliyev sərəncam imzaladı
-
Hadisə14:30Fərhad Mehdiyevin qızının həlak olduğu qəzanın görüntüləri - VİDEO
















.jpg)





















