Hadisə
Bakıda ofisiantla müğənni arasında dava: təhqiramiz videosunu yayaraq...
Bakıda işlədiyi restoranda müğənnini təhqir edən ofisiant cinayət məsuliyyətinə cəlb edilib.
Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonunda yerləşən restoranlardan birində baş verib.
Restoranda ofisiant işləyən Qəbələ rayon sakini 1984-cü il təvəllüdlü Şəfa Mustafayeva orada müğənnilik edən Mehriban S. ilə mübahisə yaşadıqdan sonra işdən çıxarılıb. Bundan sonra Şəfa "TikTok" sosial şəbəkəsində saxta hesab yaradıb və müğənninin fotolarından ibarət video hazırlayaraq üzərinə təhqiramiz ifadələr yazmaqla paylaşıb.
Müğənni videodan xəbər tutduqdan sonra hüquq-mühafizə orqanlarına şikayət edib. Mehriban S-in xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsi ilə qaldırdığı şikayət Abşeron Rayon Məhkəməsinə istiqamətləndirilib. Məhkəmədə Şəfa Mustafayeva törətdiyi əməli etiraf edib. Ona 1000 manat cərimə kəsilib.
Taleh
-
Rəsmi xronika13:54İlham Əliyev sərəncam imzaladı
-
Hadisə13:29Əsgərin ölümü ilə bağlı rəsmi açıqlama
-
Region12:24Paşinyan II Qareginin yerinə onu gətirir
-
Nida Xəbər 11:45Azərbaycan Ermənistana bu məhsulu yola saldı
-
Sosial11:35Onlar yüksək vəzifəyə təyin olundu
-
Nida Xəbər 09:40Türkiyədə məşhurların kütləvi həbsi: Görün bu dəfə kimlər saxlanıldı - SİYAHI
-
MDB09:36Ukrayna Rostovu vurdu, ard-arda partlayışlar oldu - Ölənlər var
-
Sosial08:10Yusif az qala Şəkinin yarısını alıbmış: Evlər, obyektlər, maşınlar... - SİYAHI




























