Avropa
Almaniyada Dönər Partiyası quruldu: “Ən ləzzətli partiya” seçkilərə qatılır
Almaniyanın ən məşhur küçə yeməklərindən biri olan dönər siyasətə partiya olaraq daxil olur. Almaniya Federal Seçki Şurası fevralın 23-də keçiriləcək növbədənkənar ümumi seçkilərdə iştirak edəcək partiyaların siyahısını açıqlayıb.
Publika.az xəbər verir ki, seçkiyə qatılacaq 56 partiya arasında 2024-cü ildə Frankfurtda qurulan Dönər Partiyası da yer alıb.
Partiyanın rəsmi adı “Deutsche Partei für die ökonomischer Neuordnung essentieller Ressourcen”, yəni “Əsas Resursların İqtisadi Yenidən Təşkili üzrə Alman Partiyası”dır. Partiya adının baş hərflərindən ibarət abbreviatura "Döner Partei" kimi istifadə olunur. Nils Marksın sədrlik etdiyi və “Almaniyanın ən ləzzətli partiyası” şüarı ilə diqqət çəkən partiyanın internet saytında seçkilərdə iştirak etmək üçün dəstək imzaları toplanır. Namizədin irəli sürülməsi üçün ən azı 27 min imza tələb olunur.
Almaniyada qarşıdan gələn federal seçkilər öncəsi keçirilən ilin ilk sorğusu siyasi arenaya enerji verib. Anket nəticələrinə görə, ifrat sağçı Almaniya üçün Alternativ ( AfD ) partiyası səs payını artırıb. Buna görə AfD-nin anketdəki səs payı iki bal artaraq yüzdə 21-ə yüksəlib. Dekabrda keçirilən sorğuda AfD-nin səsi 19 faiz olub. Ana müxalifətin sağ mərkəzçi alyansı CDU/CSU-nun səs nisbəti ötən ayla müqayisədə bir bənd azalaraq 29 faizə çatıb. Kansler Olaf Şoltsun partiyası SPD 18 faizdən 16 faizə düşərək səs itirməkdə davam edir.
Aysel Şahmar
-
Magazin119:40Flora Kərimovadan Eltona cavab: "Üzr də istəyəcəksən"
-
Hadisə19:15Ağdərədə minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI - YENİLƏNDİ/FOTO
-
Sosial18:10Bu sahədə boy ölçüsü tələbi dəyişdirildi - 160 sm-dən yuxarı olmalıdır
-
Rəsmi xronika17:53İlham Əliyev "Dövlət xidmətləri haqqında" qanunu imzaladı
-
Sosial16:46Xankəndidə məmur bu hərəkətinə görə cəzalandırıldı
-
Sosial16:08Evdən işləmək qanuniləşir
-
Cənubi Qafqaz15:26Pakistan Ermənistanda səfirliyini açacaq
-
Cənubi Qafqaz14:49Təyyarələr İrəvana enə və ya qalxa bilmir: Nə baş verib?






















.jpg)














