Avropa
Müdafiə nazirindən etiraf: "Avropa İttifaqı Qrenlandiyada ABŞ-ı məğlub edə bilməyəcək!"
Belçika müdafiə naziri Teo Franken diqqət çəkən açıqlamalar verib.
Publika.az xəbər verir ki, nazir VRT televiziya kanalına verdiyi müsahibədə son günlərin aktual mövzusuna çevrilmiş Qrenlandiyadan danşıb. Franken etiraf edib ki, Avropa İttifaqı (Aİ) Qrenlandiyada ABŞ üzərində hərbi cəhətdən qələbə qazana bilməyəcək.
"Biz onları hərbi yolla məğlub edə bilmərik. Buna görə də, ilk növbədə, A planı çərçivəsində qalmaq üçün əlimizdən gələni etməliyik", - deyə Belçika müdafiə naziri bildirib.
A planı ABŞ-ı Qrenlandiyada təhlükəsizlik problemləri yaranacağı təqdirdə Avropa Birliyinin vəziyyəti müstəqil şəkildə həll edə biləcəyinə inandırmaqdır.
Franken əlavə edib ki, həmişə B planı da var: "Onun haqqında çox danışmağa dəyməz. Aama həmişə ehtiyat həllər olur".
Qeyd edək ki, Qrenlandiya 2009-cu ildə muxtariyyət qazanaraq özünüidarəetmə imkanı əldə edib. Lakin bu ərazi qanuni şəkildə Danimarkanın bir hissəsi olaraq qalır. Son bir ildə isə ABŞ prezidenti Donald Tramp dəfələrlə ölkəsinin adanı ilhaq etməli olduğunu bildirib.
Tural
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı













.png)




















