İdman
“Neftçi” Moskva klubu ilə anlaşdı, Ukrayna qarışdı: Vernidub "komandamızda rus ola bilməz" dedi
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub klubun Rusiya “Lokomotiv”i ilə anlaşmasına münasibət bildirib.
İki klubun akademiyaları bir gün əvvəl memorandum imzalayıblar. Ruslar öz saytlarında bildiriblər ki, onların prioritetləri təkcə idman deyil, həm də postsovet məkanında ideoloji və təbliğat işidir.
Publika.az xəbər verir ki, Vernidub məsələ ilə bağlı Sport.ua saytına danışıb.
“Jurnalistlər çox uzağa gedirlər. Bəzi KİV-lər yazır ki, guya mən Moskvaya gedəcəyəm. Bu ağılsızlıqdır. Bu əməkdaşlıq müqaviləsi uşaq akademiyaları arasında imzalanıb. Bu, klubun haqqıdır. Bunun mənə nə dəxli var?
Bizim əsas komandamızda bir rus da yoxdur və ola da bilməz. Gənclər komandalarında isə yalnız azərbaycanlılar oynayır. Burada mən ukrayna dilində danışıram və tərcüməçi sözlərimi futbolçulara və ya danışdığım şəxsə çatdırır”, – Vernidub bildirib.
-
Avropa08:48Şahzadə Harri qadın jurnalistə görün nə yazıb - İlk görüşdən sonra...
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...











.jpg)



























