Avropa
Fransada yeni hökumətə qarşı etimadsızlıq səsverməsi keçirilə bilər
Fransada LFI, Kommunist və Yaşıllar partiyaları yeni hökumətə qarşı etimadsızlıq səsverməsi keçirməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu sözləri Fransua Bayrunun Milli Assambleyada ümumi siyasət bəyanatından sonra “Əyilməz Fransa” (LFI) partiyasının prezidenti, deputat Matild Pano yerli mətbuata müsahibəsində bildirib.
M. Pano sosialistləri məsələ barədə ciddi şəkildə düşünməyə çağıraraq vurğulayıb ki, makronist siyasətin davamlılığına çalışanlar Yeni Xalq Cəbhəsinin sıralarından çıxarılacaq: “İnanıram ki, ekoloqlar və kommunistlər Fransua Bayrunun təkliflərinin yalnız bir hiylə olduğunu başa düşürlər və Emmanuel Makronun siyasətinə qəti şəkildə son qoymağın vaxtıdır”.
Sosialistlərin daxilində hökumətə qarşı etimadsızlıq səsverməsi məsələsində mövcud fikir ayrılıqlarına toxunan Matild Pano onların ağıllı qərar vermələrini istəyib. O qeyd edib ki, Yeni Xalq Cəbhəsinin (NFP) əsas məqsədi Emmanuel Makron siyasətinə son qoymaqdır. Partiya sədri əlavə edib ki, hökumətin ümumi siyasət proqramını dəstəkləyənlər və makronist siyasətin davamlılığına yol açanlar özlərini de-fakto NFP-dən kənarda qoyurlar.
-
İdman22:20
Juninyonun “Flamenqo”ya transferi rəsmiləşdi
-
MDB20:45
Moskvadan uçan təyyarədə bomba həyəcanı
-
Magazin119:45
Çimnaz Sultanova vəfat etdi
-
İKT19:35
"Instagram"da problem yarandı
-
Nida Xəbər 19:15
Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək - Video
-
Dünya19:00
Ərdoğan Suriya XİN başçısını qəbul etdi
-
Sosial17:25
Məktəblərdə telefondan istifadə qadağan edildi
-
Region17:07
ABŞ Ermənistana bu qədər sərmayə qoyub - Departament açıqladı