Avropa
Luvr muzeyi ilə bağlı təklif narazılıq yaratdı
Fransanın Mədəniyyət Nazirliyi Luvr muzeyində diferensial tarif tətbiqi ilə bağlı təklif irəli sürüb.
Publika.az xəbər verir ki, nazirlik muzeyi ziyarət edən qeyri-avropalılar üçün daha böyük qiymət tətbiq etmək istəyir. Məqsəd bu yolla muzeyin təmir və saxlanma xərclərini qarşılamaqdır.
Muzeyi 2024-cü ildə ziyarət edən 8,7 milyon nəfərin 80 faizi əcnəbi olub. Fransa mediasının məlumatına görə, muzey binanın və avadanlıqların köhnəlməsi problemi ilə üzləşib. Su sızması və temperatur rejiminin saxlanmasındakı çətinliklər eksponatların mühafizəsini təhlükə altına alır. Dövlət subsidiyasının ilbəil azalması isə muzeydə bərpa və innovasiya işlərinin ləngiməsinə mane olur.
Fransadan daha uzaqda yerləşən ölkələrdən gələnlər üçün daha böyük məbləğ təklif edilməsi isə mədəniyyət işçiləri arasında yaxşı qarşılanmayıb. Bir çoxları bu yanaşmanı diskriminasiya hesab edir. İKT mütəxəssisləri isə belə bir sistemin tətbiqinin çox çətin olacağı qənaətindədirlər.
-
İdman01:20Mahir Emreli ilin sonuna qədər oynaya bilməyəcək
-
Qoroskop00:35Günün ulduz falı: Maddi qərarlarda ehtiyatlı olun!
-
Region10 Noyabr 22:42Balıkesirdə güclü zəlzələ oldu
-
Dünya10 Noyabr 20:34Hindistanda güclü partlayış: Ölü və yaralı sayı artdı - VİDEO/YENİLƏNDİ
-
Hadisə10 Noyabr 19:45Balakəndə dəhşət: Çoban iti 83 yaşlı kişini parçalayaraq öldürdü
-
İdman10 Noyabr 18:44Messi “Kamp Nou”ya baş çəkdi: Bir gün buraya qayıdacağam - FOTO
-
Magazin210 Noyabr 18:32Yeni il gecəsi sərvət qazanacaq
-
MDB10 Noyabr 17:02Tokayev Moskvaya bu planla gedir




















.jpg)

.jpg)
















.jpg)

