Avropa
Zəfər Günü Strasburqda təntənə ilə qeyd olundu
Strasburqda Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə təntənəli tədbir keçirilib.
Publika.az xəbər verir ki, bu şəhərdə və ətraf bölgələrində yaşayan soydaşlarımızın iştirakı ilə keçirilən tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Avropa Şurası yanında daimi nümayəndə, səfir Fəxrəddin İsmayılov 44 günlük Vətən müharibəsində qazanılmış şanlı qələbənin Azərbaycan xalqının milli gücü və birliyinin əbədi rəmzi olduğunu bildirib. 30 ilə yaxın davam edən işğal dövründə xalqımızın tarixin sınağına çəkildiyini xatırladan daimi nümayəndə qarşılaşdığımız haqsızlıq və çəkdiyimiz iztirabların millətimizin iradəsini sındıra bilmədiyini və işğal olunmuş torpaqlarımıza, Qarabağa dönmək arzusu və inamını heç zaman sarsıtmadığını söyləyib.
Daimi nümayəndə vurğulayıb ki, 2020-ci il 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin əzmkar liderliyi və qətiyyətli rəhbərliyi, Azərbaycanın rəşadətli Ordusunun misilsiz qəhrəmanlığı, şəhidlərimizin canı və qanı, xalqımızın sarsılmaz birlik və bərabərliyi sayəsində məruz qaldığımız işğala, haqsızlığa son qoyulub. F. İsmayılov əlavə edib ki, 2023-cü ilin sentyabr ayında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə fədakar silahlı qüvvələrimiz növbəti dəfə qəhrəmanlıq nümayiş etdirərək, Azərbaycan torpaqlarında erməni sepatizminə birdəfəlik son qoyub.
Səfir eyni zamanda ötən beş il ərzində dövlətimiz tərəfindən Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş quruculuq işləri barədə məlumat verib. Bildirib ki, minlərlə keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıtdığını və bu gün artıq 60 mindən çox soydaşımızın azad edilmiş torpaqlarda yaşayıb, çalışıb və təhsil aldığını qeyd edib.
Daha sonra tədbirdə azərbaycanlı musiqiçi Kamran Qaralov tərəfindən hazırlanmış musiqi proqramı təqdim olunub və tədbir boyu Zəfər Gününə həsr olunan videoçarxlar nümayiş etdirilib.
-
Dünya02:00Monakoda terror aktı: yaralananlar var
-
Region00:27Xameneinin müavini öldü
-
Dünya29 İyun 22:04İsrail Müdafiə Qüvvələri tam hazır vəziyyətdədir, zərbə üçün hədəflər var - Katz
-
Ekologiya29 İyun 19:40Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama
-
Elm və təhsil29 İyun 18:40Şagirdlərin dərs və məşğələdə mobil telefondan istifadəsi qadağan edilir - Rəsmi
-
MDB29 İyun 17:30Rusiya Ermənistanı referendum keçirməyə çağırdı - Moskva nədən narahatdır?
-
Sosial29 İyun 16:38İyulda 42° isti olacaq - AYLIQ PROQNOZ
-
Dünya29 İyun 16:00Dünya mat qalıb: ABŞ “görüş olacaq”, İran “olmayacaq” deyir















.jpg)













.jpg)






