Avropanı bürüyən radioaktiv tozun mənbəyi aşkarlandı
Bizi izləyin

Avropa

Avropanı bürüyən radioaktiv tozun mənbəyi aşkarlandı

Avropanı örtən radioaktiv tozun mənbəyi aşkarlanıb.

Publika.az xəbər verir ki, beynəlxalq iqlimşünaslar qrupu üç il əvvəl Saxaradan Avropaya gələn tozun radioaktiv izotopların izlərini daşıdığını müəyyən edib.

Tədqiqatın nəticələri "Science Advances" elmi jurnalında dərc edilib.

Bildirilir ki, 2022-ci ildə Saxarada güclü fırtına tozu Avropaya daşıyıb. Alimlər tozun tərkibində 1960-cı illərdə Fransanın Əlcəzairdə apardığı nüvə sınaqları ilə əlaqəli radioaktiv hissəciklərin olub-olmadığını yoxlamaq qərarına gəliblər. Avropanın müxtəlif yerlərindən toplanmış 53 toz nümunəsi təhlil edilib. Məlum olub ki, tozda həqiqətən radioaktiv izotoplar var, lakin onların konsentrasiyası insan sağlamlığına təhlükə yaratmayacaq qədər aşağıdır. Onların mənbəyinin isə 1950-ci və 1960-cı illərdə ABŞ və SSRİ tərəfindən aparılan daha güclü nüvə sınaqları olduğu aşkarlanıb. Alimlər diqqətə çatdırıb ki, bu ölkələr Saxarada sınaqlar aparmasalar da, partlayışlar o qədər güclü olub ki, radioaktiv hissəciklər atmosferə düşərək sonradan Avropaya daşınıb.

Tədqiqat nüvə sınaqlarının qlobal nəticələrini bir daha gözlər önünə sərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm