Avropa
Makron yenə tənqid hədəfinə çevrildi
Üç fransız senator hazırladıqları hesabatda Prezident Emmanuel Makronun Afrikadakı xarici siyasətinin uğursuzluqları ilə yanaşı, onun Fransanın imicinə və qitə ölkələri ilə münasibətlərə mənfi təsirini vurğulayıblar.
Publika.az xəbər verir ki, Fransada Senat tərəfindən açıqlanan hesabatda fransız qoşunlarının ardıcıl şəkildə Mali, Burkina Faso, Niger, Çad və ən son Senaqaldan çıxarılmasının, son illərdə qitədə Fransanın imicinin, onun müəyyən ölkələr və onların əhalisi ilə münasibətlərinin ümumi şəkildə pisləşməsinin Prezident Emmanuel Makronun xarici siyasətinin böyük uğursuzluğunun nəticəsi olduğu bildirilib.
Senatorlar bu uğursuzluğu E. Makronun istifadə etdiyi metodlar, eləcə də əvvəllər Fransanın tərəfdaşı olmuş bir çox rejimin devrilməsinə gətirib çıxaran vəziyyətin dərindən təhlil edilməməsi ilə əlaqələndiriblər.
Fransanın verdiyi bir sıra rəsmi qərarlar və bəyanatların təkəbbürlü, Afrika liderlərinə və ya xalqlarına qarşı aşağılayıcı xarakter daşıdığı diqqətə çatdırılıb.
-
ABŞ20:32İran atəşkəsi pozdu - Tramp
-
Magazin219:51Kadir İnanır vəfat etdi
-
Region19:138 il əvvəl faciənin yaşandığı zavodda yenidən partlayış oldu - Ölən və xəsarət alanlar var
-
Hadisə18:48Kanalda batan gəncin meyiti tapıldı - Video/Yeniləndi
-
Dünya18:36İran XİN-dən Körfəz ölkələrinə xəbərdarlıq
-
Nida Xəbər 16:17Yeni generallara rütbələr təqdim olundu - FOTO
-
Nida Təhlil 15:1626 İyun mesajı: Azərbaycan əsgəri yüksək hazırlığa və Vətən sevgisinə sahibdir
-
Sosial14:58Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi






.jpg)






.jpg)


.jpg)
.jpg)



















.jpg)