Avropa
“Quran”ı təhqir edən şəxsə hökm oxundu
Stokholm məhkəməsi müsəlmanların müqəddəs kitabını təhqir edən Salvan Momika ilə əlbir olan Salvan Nacemini etnik zəmində nifrətin qızışdırılmasında təqsirkar bilərək şərti cəza kəsib.
Publika.az xəbər verir ki, cəzanın detalları açıqlanmayıb. Lakin hakim Yoran Lundaxl qeyd edib ki, bu, İsveçdə “Quran”ın yandırılmasına qadağa qoymaq demək deyil.
“Quran” kitabının yandırılması cinayət deyil, lakin mövcud vəziyyətdə bu hadisə təhqiredici hallarla və müsəlmanların ünvanına təhqiramiz ifadələrlə müşayiət olunub", - deyə diqqətə çatdırılıb.
Aksiya zamanı “Quran” nəinki yandırılıb, hətta ayaqlar altına salınıb və donuz ətinə bükülüb.
Hüquqşünas Enqla Pendel izah edib ki, dinin tənqid edilməsi söz azadlığı haqqında qanunla qorunur, lakin bu hal dindarlara qarşı nifrətə çevrilərsə, nifrətin qızışdırılması hesab olunur.
Salvan Naceminin vəkili Mark Safaryan isə hökmdən şikayət veriləcəyini bəyan edib. Pendelin sözlərinə görə apellyasiya şikayəti verildiyi təqdirdə Ali məhkəmə hökmü qüvvədə saxlayacaq.
Xatırladaq ki, 2023-cü ildə Momika “Quran”ın yandırılması üzrə bir neçə aksiya həyata keçirib. Onun bu əməli beynəlxalq səviyyədə qalmaqala və İsveçdə təhlukəsizliklə bağlı vəziyyətin ağırlaşmasına səbəb olub. Ölkədə terror təhlükəsi ilə bağlı tədbirlər gücləndirilib. Avqustda o və Nacemi dörd dəfə nifrətin qızışdırılmasında ittiham olunublar. Lakin hökmün elan olunmasına bir gün qalmış Momika Stokholm ətrafında güllələnib. Bu səbəbdən ona qarşı açılmış iş bağlanıb.
-
Sosial10:54
Əcnəbilər rayonlara niyə getmir?
-
Magazin210:24
Seda Sayan cinayət başında yaxalandı: axtarış zamanı görün nələr tapılıb
-
Nida Xəbər 09:54
DİN və DSX-dən birgə əməliyyat: iranlı balıqçılar saxlanıldı - VİDEO
-
Dünya09:12
Alimlər dəhşətli təhlükə ilə bağlı xəbərdarlıq etdilər: Çox tez baş verdi
-
Magazin108:50
Onların arası buna görə dəyibmiş: "Fərda dedi ki, onun torbasını tikmişəm"
-
Nəqliyyat08:25
Bu yollarda tıxac var - Siyahı
-
ABŞ07:35
Trampın oğlu nadir quşları ovladı
-
Dünya06:16
Tramp dünyanı alt-üst etdi - Orban