"Mançester Siti" transfer etdi, "Barselona" pul qazandı
Bizi izləyin

İdman

"Mançester Siti" transfer etdi, "Barselona" pul qazandı

"Mançester Siti" yarımmüdafiəçi Niko Qonsalesin transferini açıqlayıb.

Publika.az xəbər verir ki, 23 yaşlı ispaniyalı "şəhərlilər"lə 2029-cu ilə qədər müqavilə imzalayıb.

Qonsalesin keçidi 60 milyon avroya başa gəlib. Bunun 24 milyonu "Barselona"ya gedəcək. Buna səbəb Kataloniya klubunun Nikonu satış faizinin ödənilməsinə dair razılaşma ilə 8,4 milyona "Portu"ya satması olub. Müqaviləyə görə futbolçunun satışından əldə olunan vəsaitin 40 faizi İspaniya nəhənginə çatacaq.

Bu mövsüm Niko Portuqaliya çempionatında 17 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm