Britaniya strategiyanı DƏYİŞDİ: həmin silahın istehsalı artırılır
Bizi izləyin

Avropa

Britaniya strategiyanı DƏYİŞDİ: həmin silahın istehsalı artırılır

Britaniya strategiyanı DƏYİŞDİ: həmin silahın istehsalı artırılır

Böyük Britaniyanın Şeffild şəhərində yeni artilleriya sistemləri zavodu açılıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

İstehsalı bərpa etmək qərarı, 2023-cü ildə silahların mərhələli şəkildə buraxılması planlarının ləğvindən sonra verilib.

Silaha tələbatın artması strategiyanın dəyişməsində əsas amil olub. 30 km-ə qədər məsafədə hədəfləri vura bilən və çəkisi cəmi 4,5 ton olan "M777" haubitsaları əvvəllər Ukraynaya verilirdi, lakin indi bu sistemlərin əhəmiyyətli bir hissəsi təmirə ehtiyac duyur.

Gələcəkdə şirkət məhsul xəttini müasir döyüş sistemləri ilə genişləndirməyi planlaşdırır. Şirkətin açılış mərasimində Böyük Britaniyanın müdafiə naziri Con Hili iştirak edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm