Avropa
Britaniya tarixində BİR İLK - Bu qadın MI6-nın "sir qutusu" təyin edildi
Britaniyanın baş naziri Kir Starmer xüsusi xidmət orqanlarının əməkdaşı Blez Metravelini MI6 – Gizli Kəşfiyyat Xidmətinin rəhbəri təyin etdiyini elan edib.
Publika.az xəbər verir ki, bu barədə hökumət başçısının mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Bəyanatda qeyd olunub ki, o, ölkə tarixində bu postu tutan ilk qadın olacaq.
"Blez Metravelinin bu tarixi təyinatı elə bir vaxta təsadüf etdi ki, kəşfiyyat xidmətlərimizin işi heç vaxt olmadığı qədər önəmli hala gəlib. Birləşmiş Krallıq misli görünməmiş miqyasda təhdidlərlə üz-üzədir", - baş nazir deyib.
Bildirilib ki, 47 yaşlı Blez Metraveli Kembridc Universitetində antropologiya üzrə təhsil alıb. O, 1999-cu ildə xarici kəşfiyyat xidmətinə qoşulub və karyerasının böyük hissəsini Avropa və Yaxın Şərqdə çalışıb. Hazırda qurumun texnologiya departamentinə rəhbərlik edir. Ondan əvvəl, təxminən beş il ərzində MI6-a Riçard Mur rəhbərlik etmişdi.
May ayında "The Times" qəzeti onun vəzifəsini icra etmək üçün üç qadının müraciət etdiyini yazıb. Qəzet onlardan yalnız birinin adını Britaniyanın Çində keçmiş səfiri Barbara Vudvord dərc edib. Barbara Vudvord Daxili İşlər Nazirliyinin ən yüksək rütbəli qadınıdır. Lakin onun namizədliyi PRC-yə simpatiya göstərdiyi üçün tənqid olunub.
Hüseyn İbadlı
-
İdman01:11Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - VİDEO
-
Magazin100:15"Onun gələcəkdə hansı fəsadlar yaradacağı bəlli deyil"
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir mesaj çox şeyi dəyişə bilər
-
Elm və təhsil17 May 23:3614 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - VİDEO
-
İdman17 May 23:24Bu halını unudun - Döyüş üçün 1,5 ilə 45 kiloqram arıqladı
-
Magazin117 May 23:12"Xəzər" TV-də "Maşın" şou başlayır?
-
Dünya17 May 22:48Günəş yaxınlığında sirli asteroid kəşf edildi - Parçalanma gedir
-
Magazin117 May 22:008 illik evlilik Hazala görə bitdi?































.jpg)


