Avropa
İran MAQATE rəhbərini hüquqi tədbirlərlə HƏDƏLƏDİ
İran, İsrailin zərbələrindən sonra Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi tərəfindən hər hansı bir tədbir görülməməsinə cavab olaraq hüquqi addımlar atmaq niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə "Fars" agentliyi İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslaminin sözlərinə istinadla məlumat yayıb.
“Hərəkətsizliyinizə dərhal son qoymaq və İsrail rejiminin bütün beynəlxalq hüquq normalarına zidd olan təcavüzünü pisləməklə hüquqi öhdəliklərinizi yerinə yetirməlisiniz”, - Eslaminin Qrossiyə məktubunda deyilir.
O qeyd edib ki, İran öz suveren hüquqlarını qorumaq üçün lazımi tədbirlər görəcək və "xüsusilə Qrossinin hərəkətsizliyi ilə bağlı" müvafiq hüquqi addımlar atacaq.
Qrossi daha əvvəl bildirmişdi ki, İsrailin İranın nüvə obyektlərinə zərbələrindən sonra radiasiya sızması riski var. MAQATE-nin baş direktoru xatırladıb ki, İranın nüvə ilə bağlı başqa obyektləri, o cümlədən atom elektrik stansiyaları var və onlara heç bir halda hücum edilməməlidir.
Hüseyn İbadlı
-
Magazin100:15"Onun gələcəkdə hansı fəsadlar yaradacağı bəlli deyil"
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir mesaj çox şeyi dəyişə bilər
-
Elm və təhsil17 May 23:3614 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - VİDEO
-
İdman17 May 23:24Bu halını unudun - Döyüş üçün 1,5 ilə 45 kiloqram arıqladı
-
Magazin117 May 23:12"Xəzər" TV-də "Maşın" şou başlayır?
-
Dünya17 May 22:48Günəş yaxınlığında sirli asteroid kəşf edildi - Parçalanma gedir
-
Magazin117 May 22:008 illik evlilik Hazala görə bitdi?
-
Magazin117 May 20:36Röya illər sonra keçmiş həyat yoldaşı ilə - VİDEO































.jpg)


