Avropa
Alman generaldan ŞOK TƏKLİF - Onların aerodromlarını bombalayın
Almaniya Silahlı Qüvvələrinin general-mayoru Kristian Freydinq Rusiya aerodromlarına zərbə endirməyi təklif edib.
Publika.az xəbər verir ki, o, bu barədə Bundesverin "YouTube" kanalında bildirib.
Alman hərbçinin fikrincə, Rusiya infrastrukturuna zərbələr Ukraynaya Rusiyanın münaqişədə artan hava üstünlüyü ilə daha effektiv mübarizə aparmağa kömək edəcək.
Freydinq həmçinin qeyd edib ki, Rusiya silahlı qüvvələrinin hücum potensialının ümumiyyətlə üzə çıxmamasına dolayısı ilə təsir etmək mümkündür.
“Birinci variant, əlbəttə ki, hava hücumlarına qarşı hücum əməliyyatlarını öz gücümüzlə həyata keçirməkdən ibarətdir — uzaq mənzilli vasitələrdən və ümumilikdə hava müharibəsi vasitələrindən, yəni bu vasitələrdən istifadə edilməzdən əvvəl aerodromlara zərbələr endirən təyyarələrdən istifadə etməklə”, - alman generalı bildirib.
O, müdafiə sənayesi müəssisələrinin də hədəf ola biləcəyini əlavə edib. Bundan əlavə, Freydinq Moskvanın raket istehsalında əhəmiyyətli irəliləyiş əldə etdiyini etiraf edib, lakin Rusiyanın hərbi-sənaye kompleksinin inkişafına mane olmaq yolunun tapılmasını istəyib.
Hüseyn İbadlı
-
Magazin106:16Azərbaycan 12 xalı bu ölkəyə verdi
-
Magazin103:43Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Qoroskop00:30Ronaldonun komandası Çempionlar Liqasını qazana bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, vütün buzları əridə bilər
-
Sağlamlıq16 May 23:36Nazilə gəlini haqqında görün nələr deyib
-
Magazin216 May 23:00“Avroviziya-2026”nın finalı başladı - CANLI
-
Magazin216 May 22:48Məşhur aktyorun sevgilisi çimərlik geyimində pozalar verdi - FOTO
-
Magazin216 May 22:36"Avroviziya-2026" - Finalda 25 ölkə mübarizə aparacaq

































.jpg)



