Kalininqradı ruslardan azad edəcəyini deyən general öldü
Bizi izləyin

Avropa

Kalininqradı ruslardan azad edəcəyini deyən general öldü

Kalininqradı ruslardan azad edəcəyini deyən general öldü

Polşa ordusunun istefada olan generalı Valdemar Skşipçak vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

"General Valdemar Skşipçakın ölümü ilə bağlı kədərli xəbər aldıq", - Polşa Müdafiə Nazirliyinin rəhbəri yazıb və bunun Varşava üçün "böyük itki" olduğunu vurğulayıb.

Kalininqrad vilayətini ruslardan azad edəcəyini deyən Skşipçak fevralın 7-də bölgəni “işğal olunmuş ərazi” adlandırmışdı.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm