Avropa
Almaniyada Mertsin fəaliyyətindən narazılıqlar artır - SORĞU
Almaniya vətəndaşlarının 60%-dən çoxu kansler Fridrix Mertsin işindən narazıdır.
Publika.az xəbər verir ki, bu barədə Forsa İnstitutunun keçirdiyi sorğuda qeyd olunub.
"Kanslerin fəaliyyətindən narazılıq əvvəlki həftə ilə müqayisədə 4 pillə artıb və hazırda 64% təşkil edir. Bu, onun vəzifəyə başlamasından bəri yeni yüksək göstəricidir", - məlumatda bildirilir.
Respondentlərin yalnız 32%-i kanslerin işindən razıdır, ötən həftə ilə müqayisədə bu rəqəm üç pillə azalıb.
Narazılıq xüsusilə Almaniyanın şərqində güclüdür (74%). Ölkənin qərbində narazılıq səviyyəsi 62% təşkil edir, respondentlərin 34%-i kanslerin işindən razıdır.
Sorğunun nəticələrinə görə, təxminən bir ay əvvəl Almaniya vətəndaşlarının 42 faizi Mertsin siyasətindən razı, 51 faizi isə narazı idi.
Qeyd edək ki, sorğu 15-18 iyul tarixlərində keçirilib və 2003 nəfər iştirak edib. Statistik səhv üç faizdən çox deyil.
Başqa bir sorğunun nəticələrinə görə, Almaniya vətəndaşlarının 67%-i Mertsin etibarlı olmadığına inanır, yalnız 29%-i isə əksini düşünür.
Adəm
-
Magazin106:16Azərbaycan 12 xalı bu ölkəyə verdi
-
Magazin103:43Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Qoroskop00:30Ronaldonun komandası Çempionlar Liqasını qazana bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, vütün buzları əridə bilər
-
Sağlamlıq16 May 23:36Nazilə gəlini haqqında görün nələr deyib
-
Magazin216 May 23:00“Avroviziya-2026”nın finalı başladı - CANLI
-
Magazin216 May 22:48Məşhur aktyorun sevgilisi çimərlik geyimində pozalar verdi - FOTO
-
Magazin216 May 22:36"Avroviziya-2026" - Finalda 25 ölkə mübarizə aparacaq

































.jpg)



