Avropa
Bu ölkə bunkerləri yenidən aktivləşdirir
İsveçrə ordusu uzun illər istifadəsiz qalmış müharibə dövrünə aid bunkerləri yenidən aktivləşdirir. Həmin bunkerləri müasir müdafiə mərkəzlərinə çevirmək üçün texnoloji şirkətlərlə, tədqiqatçı və startaplarla əməkdaşlığa başlanılıb. Məqsəd innovativ və səmərəli yollarla bu obyektləri yenidən istifadə etməkdir.
Publika.az yerli mediaya istinadla xəbər verir ki, İsveçrə Texnologiya və Silahlı Qüvvələr Şirkəti sentyabr ayının ortalarında "İnnovasiya Günü" təşkil etməyi planlaşdırır. Həmin tədbirdə qeyd olunan məsələ barədə daha ətraflı məlumat veriləcək və iştirakçılar öz ideyalarını təqdim edə biləcəklər.
Qeyd edək ki, İsveçrə ərazisində 1990-cı illərdən istifadəsiz qalmış təxminən 8 min bunker var. Bu bunkerlərin bəziləri 1886-cı ildən mövcuddur. Onların bir çoxu strateji nöqtələr, məsələn, Sent-Qotard dəmir yolu və Alp keçidləri üzərində qurulub. Bu bunkerlər ölkənin müdafiə sisteminin tərkib hissəsidir, II Dünya müharibəsində və soyuq müharibə dövründə mümkün işğallara qarşı əsas dayaq rolunu oynayıb. Soyuq müharibə dövründən sonra isə bu bunkerlərin əksəriyyəti müdafiə əhəmiyyətini itirib, bir çoxları özəl sektora satılıb. 2023-cü ildə isə İsveçrə ordusu bunkerlərin satışını tamamilə dayandırıb. Ordu bunkerləri yüksəktexnologiyalı, az sayda işçi ilə idarə olunan və hücuma qarşı dayanıqlı müdafiə qovşaqlarına çevirmək niyyətindədir.
-
Magazin106:16Azərbaycan 12 xalı bu ölkəyə verdi
-
Magazin103:43Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Qoroskop00:30Ronaldonun komandası Çempionlar Liqasını qazana bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, vütün buzları əridə bilər
-
Sağlamlıq16 May 23:36Nazilə gəlini haqqında görün nələr deyib
-
Magazin216 May 23:00“Avroviziya-2026”nın finalı başladı - CANLI
-
Magazin216 May 22:48Məşhur aktyorun sevgilisi çimərlik geyimində pozalar verdi - FOTO
-
Magazin216 May 22:36"Avroviziya-2026" - Finalda 25 ölkə mübarizə aparacaq

































.jpg)



