Makron ELAN ETDİ: Fransa bu dövləti rəsmən tanıyacaq
Bizi izləyin

Avropa

Makron ELAN ETDİ: Fransa bu dövləti rəsmən tanıyacaq

Makron ELAN ETDİ: Fransa bu dövləti rəsmən tanıyacaq

"Fransa BMT Baş Assambleyasının (GA) sentyabrda keçiriləcək iclasında Fələstin dövlətini rəsmən tanıyacaq".

Publika.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsində yazıb.

"Mən qərara gəldim ki, Fransa Yaxın Şərqdə ədalətli və davamlı sülhə dair tarixi öhdəliyinə sadiq qalaraq Fələstin Dövlətini tanıyacaq. Bu təntənəli bəyanatı sentyabrda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında verəcəyəm", - Fransa lideri yazıb.

Makron əlavə edib ki, bu günün təcili ehtiyacı Qəzzada müharibəyə son qoymaq və mülki əhaliyə yardım göstərməkdir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm