Fransa Bəşər Əsədin həbsinə dair orderi ləğv etdi
Bizi izləyin

Avropa

Fransa Bəşər Əsədin həbsinə dair orderi ləğv etdi

Fransa Bəşər Əsədin həbsinə dair orderi ləğv etdi

Fransa Kassasiya Məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həbsinə dair orderi ləğv edib.

Publika.az xəbər verir ki, bu barədə "France Press" agentliyi məlumat yayıb.

Məhkəmənin sədri Kristof Sular bildirib ki, heç bir istisnanın dövlət başçısının toxunulmazlığını ləğv edə bilməyəcəyi qərara alınıb.

Eyni zamanda, Sular qeyd edib ki, Əsədlə bağlı istintaq davam edə bilər, çünki o, artıq prezident deyil və onun həbsi üçün başqa orderlər də verilə bilər.

Qeyd edək ki, Fransa Əsədin həbsinə ilk beynəlxalq orderi 2023-cü ilin noyabrında verib. Daha sonra Əsəd 2013-cü ildə kimyəvi hücumda iştirakda günahlandırılıb. İkinci order 2025-ci ilin yanvarında verilib.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm