Avropa
Le Pen: "ABŞ-Aİ razılaşması Fransanın kapitulyasiyasıdır"
Fransa parlamentindəki "Milli Birlik" fraksiyasının lideri Marin Le Pen Aİ və ABŞ arasında ticarət sazişinin uğursuz olduğunu bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.
“Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin ABŞ Prezidenti Donald Trampla bağladığı razılaşma siyasi, iqtisadi və üçqat mənəvi fiaskodur və Fransanın kapitulyasiyasıdır”, - Le Pen yazıb.
Onun sözlərinə görə, Aİ ölkələri Böyük Britaniyadan daha pis şərtlərlə üzləşib.
Siyasətçi vurğulayıb ki, sazişdə asimmetrik müddəalar var.
"Fransa hər il ABŞ-dan yüz milyardlarla avro dəyərində qaz və silah idxal etməli olacaq. Bu, sənayemizin təslim olması və enerji suverenliyinin itirilməsidir", - o izah edib.
İyulun 27-də ABŞ Prezidenti Donald Tramp Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə Şotlandiyada keçirdiyi görüşdə ABŞ və Avropa İttifaqının ticarət sazişi üzrə razılığa gəldiyini açıqlayıb. O qeyd edib ki, bu, “bir çox ölkə ilə böyük müqavilədir”. Amerika liderinin sözlərinə görə, onlar ABŞ ilə sıfır tariflərlə ticarət etmək üçün bazarlarını açacaqlar.
Ağ Ev rəhbəri həmçinin bildirib ki, Aİ ABŞ-dan 750 milyard dollara enerji resursları alacaq və Amerika iqtisadiyyatına daha 600 milyard dollar sərmayə qoyacaq.
Hüseyn İbadlı
-
Magazin103:43Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Qoroskop00:30Ronaldonun komandası Çempionlar Liqasını qazana bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, vütün buzları əridə bilər
-
Sağlamlıq16 May 23:36Nazilə gəlini haqqında görün nələr deyib
-
Magazin216 May 23:00“Avroviziya-2026”nın finalı başladı - CANLI
-
Magazin216 May 22:48Məşhur aktyorun sevgilisi çimərlik geyimində pozalar verdi - FOTO
-
Magazin216 May 22:36"Avroviziya-2026" - Finalda 25 ölkə mübarizə aparacaq
-
Avropa16 May 22:00Dünyanın ən yaşlı iti öldü

































.jpg)



