Avropa
Avropanın bu ölkəsi “ipdən asılıb” - Rusiyaya qurban gedir?
Serbiya prezidenti Aleksandar Vucic çox çətin vəziyyətdədir və onun hökuməti sözün əsl mənasında "ipdən asılıb".
Publika.az xəbər verir ki, bu fikri TASS-a müsahibəsində Avstriyanın keçmiş xarici işlər naziri, Sankt-Peterburq Dövlət Universitetinin GORKl Mərkəzinin rəhbəri Karin Knaysl söyləyib.
"Bir neçə həftə əvvəl eskalasiya baş verdi və görüntülərdən və mediada yayılan məlumatlardan belə görünürdü ki, Vuçiç hökumətinin mövqeyi bir ipdən asılıb", - Knaysl deyib.
"Belqraddakı hazırkı vəziyyət mənə olduqca mürəkkəb görünür" deyə etiraf edən Karin “Vuçiç ona qarşı hazırlanan çevrilişlə bağlı dramatik bəyanatlar verir və sonra Brüsselə qarşı barışdırıcı bir ton nümayiş etdirən bəyanatla çıxış edir” deyib.
“Bunu təhlil etmək mənim üçün kənardan daha asan ola bilər, amma Vuçiçi qınamaq istəmirəm: o, şübhəsiz ki, son dərəcə çətin vəziyyətə düşüb. Lakin təəssüf ki, mən ondan aydın siyasi kurs görmürəm”, - keçmiş nazir qeyd edib.
Sankt-Peterburq Dövlət Universitetinin GORKl Mərkəzinin rəhbərinin sözlərinə görə, “Vuçiç prezident kimi özünü son dərəcə çətin vəziyyətə salıb”. "O, necə deyərlər, eyni anda bir neçə stulda oturmağa çalışır və bıçaq kənarında gəzir. Bir tərəfdən, müəyyən avropalı donorların rəğbətini itirməməyə çalışır. O, uzun illərdir ki, qeyri-müəyyən vəziyyətdə olan Serbiyanın Avropa İttifaqına daxil olması istiqamətində kursunu davam etdirir. Digər tərəfdən, Rusiyaya qarşı sanksiyaları dəstəkləməkdən imtina edir. Vuçiçin özü bu və ya digər şəkildə sanksiyalara qoşulmaq istəmir”, - Knaysl vəziyyəti təsvir edib.
Tural
-
Magazin103:43Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Qoroskop00:30Ronaldonun komandası Çempionlar Liqasını qazana bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, vütün buzları əridə bilər
-
Sağlamlıq16 May 23:36Nazilə gəlini haqqında görün nələr deyib
-
Magazin216 May 23:00“Avroviziya-2026”nın finalı başladı - CANLI
-
Magazin216 May 22:48Məşhur aktyorun sevgilisi çimərlik geyimində pozalar verdi - FOTO
-
Magazin216 May 22:36"Avroviziya-2026" - Finalda 25 ölkə mübarizə aparacaq
-
Avropa16 May 22:00Dünyanın ən yaşlı iti öldü

































.jpg)



