Bu qadın 11 ayda 86 kilo arıqladı - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Bu qadın 11 ayda 86 kilo arıqladı - FOTOLAR

İdman və pəhrizlə əvvəlcə 18 kq. arıqlayan 24 yaşlı Simona Anderson mədə kiçiltmə əməliyyatı ilə ümumilikdə 11 ayda 86 kq. arıqlaya bilib.

Publika.az xəbər verir ki, o, 11 ay ərzində yaşadığı dəyişikliyi instaqram bloqunda izləyiciləri üçün paylaşıb. Andersonun yüklədiyi fotoşəkillər izləyicilərini, sözün əsl mənasında, təəccübləndirib. Hətta çoxları şəkillərin fotoşop olduğunu yazıb.

Bundan sonra qadın qarın bölgəsindəki dəri sallanmalarının da şəkillərini paylaşaraq arıqladığını bir daha sübut edib.

Anderson arıqlaması haqqında bu sözləri deyib: "2014-cü ilin avqustun 9-dan etibarən dəyişmək lazım olduğunu fərq etdim. Saxladığım pəhriz və idmanla 8 həftədə 18 kq. arıqladım. Daha sonra 28 oktyabr tarixində mədə kiçiltmə əməliyyatı oldum. 11 ay sonra ümumilikdə 86 kq. arıqladım".

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm