Uşağın kürəyi qorxunc hala düşdü - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Uşağın kürəyi qorxunc hala düşdü - FOTOLAR

ABŞ-da 7 yaşındakı bir uşağın kürəyi qoruyucu krem sürtmədən günəşə məruz qaldığı üçün tanınmaz hala düşüb. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dözülməz ağrılar çəkən azyaşlı uşaq hələlik müalicə olunur.

Fotodan da göründüyü kimi, zavallı uşağın kürəyi qorxunc haldadır. Yanıqlardan başqa kürəyində su yığılmış böyük şarlar əmələ gəlib.

Uşağın bu hala düşməsinin səbəbi isə baxıcısının onu saatlarla küçədə nəzarətsiz qoyması olub. Üstəlik, günəş şüalarına qarşı qoruyucu krem çəkilməyib. 7 yaşlı uşağın 5 yaşlı qardaşı da eyni günəş yanıqlarına məruz qalıb. Şəkillər isə uşağın bibisi tərəfindən "Facebook" hesabında paylaşılıb.

Ona görə də valideynlər uşaqlarına küçəyə çıxmazdan əvvəl mütləq qoruyucu krem çəkməli və ehtiyatlı davranmalıdır.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm