Bilgi.az
Nənəm üçün baba axtarıram
Demək olar ki, bir çox məsələnin həlli internetdə axtarılır. Məsələn, nənəyə babanı necə tapmaq? Böcəyi necə öldürmək? İnternetin axtarış bölməsində çox vaxt beləcə maraqlı və gülünc suallara rast gəlmək olar.
Publika.az məişət servisi və biznes xidməti kimi fəaliyyət göstərən "YouDo.com" saytı, istifadəçilərin qeyri-adi suallarını və axtarışlarını toplayıb. Axtarış bölməsində toplanmış gülməli sualları təqdim edirik.
Kirayə insan axtarılır
"Biz yeni evə köçürük. İstəyirik ki, səhər saat 9:00-da göstərilmiş ünvana bir nəfər erkək pişiklə birlikdə gəlsin. Biz həmin adamla və onun ev heyvanı ilə görüşdükdən sonra simvolik evə köçmə mərasimi hazırlayacağıq: mən və arvadım evə daxil oluruq və pişiyi evə buraxırıq. Sonra isə pişiyinizi mütləq geriyə aparın".
Oyuncaq ayı üçün Moskvada ekskursiya təşkil etmək
"Oyuncaq ayını Moskvada gəzdirib fotolarını çəkmək lazımdır: fotolar Qırmızı meydan, teleqüllə və Leninlə çəkilməlidir".
Almaniyadan 1 litr süd gətirmək
"Almaniyanın Frankfurt şəhərindən 1 litr süd gətirilməsi tələb olunur. Süd mayedir və onu yalnız baqajda gətirmək mümkün olacaq. Yolpulu və 3000 rubl pul veriləcək".
Moskvada yağışı kəsmək
"Moskvada yağışı atmosferə və ekologiyaya ziyan vurmadan tez kəsmək lazımdır. Əvəzində isə evlə mükafatlandırılacaq".
Böcəyi öldürmək
"Təcili! Divara nəhəng bir böcək qonub. Onu öldürmək lazımdır".
Nənəm üçün baba axtarıram
"Nənəmin onunla birgə yaşayacaq dosta ehtiyacı var. Onlar birlikdə gəzintiyə çıxmalı və söhbət etməlidirlər. Nənəmin 72 yaşı var, fəaldır, ünsiyyətcildir və həyatsevərdir. Bir nüans da var: nənəm yaxşı eşitmədiyi üçün qulaq aparatından istifadə edir".
Nura
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO