Bilgi.az
İtlər haqqında maraqlı FAKTLAR
Genetiklərin apardığı ətraflı araşdırmanın nəticələrinə əsasən, müasir itlərin kökü Mərkəzi Asiyaya gedib çıxır.
İtlər Yer üzündə ən çox çeşidə malik olan heyvan nəslinə aiddir. Bu çeşidliyi yaradan isə minilliklər ərzində müxtəlif it cinsləri yetişdirən insan olub. Lakin bütün növ itlərin ümumi əcdadı canavardır.
Qədim zamanlarda vəhşi canavarları tutan ovçular onları əhilləşdirərək özləri üçün köməkçi heyvan kimi yetişdiriblər. İlk dəfə bu, Monqolustan və ya Nepal ərazisində baş verib.
PNAS elmi dərgisində yer almış məqaləyə əsasən, alimlər minlərlə itin DNT nümunələrini təhlil ediblər. Cornell Universitetinin doktoru Adam Boyko həmkarları ilə birlikdə 5 minə yaxın itin DNT nümunələrini nəzərdən keçirib.
Canavarın əhilləşdirilməsi dünyanın müxtəlif yerlərində müstəqil sürətdə baş verə bilərdi, lakin DNT təhlili bu ehtimalı təsdiqləməyib. "Alınmış nəticələr əhilləşdirilmiş canavarların eyni kökdən törədiklərini sübut edir", - doktor Boyko bildirib.
Asiyada it saxlamaq populyarlaşır. Tibet iti Çinin şimalında keçirilən it şousunda göstərildiyi zaman.Tədqiqatçılar it xromosomlarının təhlili əsasında canavarların insan tərəfindən əhilləşdirilməsi hadisəsinin tarixdə ilk dəfə olaraq Mərkəzi Asiyada baş verdiyi nəticəsinə gəliblər. Lakin eyni problemi araşdıran bir sıra digər alimlər bir qədər fərqli fikirlər söyləyir.
Bundan əvvəl keçirilmiş araşdırmalarda müasir itin əcdadının Yaxın Şərqdə, Şərqi Asiyada və Avropada ilk dəfə olaraq əhilləşdirildiyi qeyd edilib.
Adam Boyko hesab edir ki, bu mübahisələrə son qoymaq üçün elmi araşdırmaları davam etdirmək, və ilk növbədə arxeoloji qazıntılar zamanı tapılmış it qalıqlarını tədqiq etmək gərəkdir.
DNT təhlili göstərib ki, müasir itlərin kökü gedib canavara çıxır.İsveç Kral Texnoloji institutunun əməkdaşı, professor Peter Savolainen hesab edir ki, canavarın əhilləşdirilməsi ilk dəfə Şərqi Asiyada və ya Çinin cənubunda baş verə bilərdi.
"Monqolustanı Şərqi Asiyaya da aid etmək olar, Nepal Cənubi Asiyadadır, Çinin cənubundan yalnız 1000 kilometr aralı. Beləliklə, hadisənin bu regionda baş verdəyinə dair ümumi konsensus mövcuddur", - Peter Savolainen deyib.
Alimlərə görə müasir itlər nəslinin azı 15,000 illik tarixi var.
"Məhz ö zamanlarda, it özünü insana bağlayır, və bu seçim itlər üçün uğurlu olur, çünki hazırda Yer üzündə təxminən 1 milyarda yaxın it varsa, canavarların sayı 10 milyondan çox deyil", Adam Boyko vurğulayır.
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı