Bilgi.az
İlk dəfə dönəri o hazırladı - FOTOLAR
Bəzən öz ölkələrindən miqrasiya edən istedadlı insanlar xoşbəxtliyini başqa dövlətin ərazisində tapır, orada da məşhurlaşırlar. Məşhur aktyor Çarli Çaplin, dünya şöhrətli alim Albert Eynşteyn və digərləri buna misal ola bilər. Almanlara və ümumiyyətlə Avropaya yeni kabab bəxş etmiş türk Kadir Nurman da belələrindəndir.
Publika.az onun həyatı ilə bağlı maraqlı məqamları təqdim edir.
1960-cı ildə Almaniyaya köçmüş Türkiyə vətəndaşlarından olan Kadir Nurmanın ölkəsindən Avropanın ən böyük, inkişaf etmiş dövlətlərindən birinə miqrasiya etməsi səbəbləri haqda müxtəlif versiyalar səsləndirilir. Kadir Nurmanın vətəndən deyil, o zamankı Türkiyə hakimiyyətindən incik olduğunu iddia edirlər.
Kadir Almaniyada adi işçi fəaliyyətə başlayır və bir müddət Ştutqartdakı avtomobil zavodunda çalışır. Almaniyada 12 il yaşadıqdan sonra özünə biznes qurmaq qərarına gəlir. Qərbi Berlin küçələrindən birində fast-fud köşkü açan Kadir, qızardılmış əti, salatı və lavaşı birləşdirib yeni kabab hazırlayır.
Daim işə tələsən berlinlilər isə tədricən onlar üçün yeni kabab satan köşkün daimi müştərilərinə çevrilirlər.
Kadir Nurman dönərin ixtiraçısı kimi onilliklər sonra qəbul edilsə də, bu, onu ruhdan salmır. O, öz biznesini genişləndirməkdə davam edir.
Bəziləri hesab edir ki, Kadir Nurmanın vaxtında Almaniyada dönərin ixtiraçısı kimi tanınmaması onun öz günahı ucbatından baş verib. Kadir öz ideyasını patentləşdirməyib və bunda maraqlı olmayıb. Buna görə də dönərin ilk istehsalçısı kimi qəbul edilməyib. (Yeri gəlmişkən, mərkəzi qərargahı Berlində yerləşən Türkiyə İstehsalçıları Assosiasiyası Kadırı yalnız 2011-ci ildə dönərin ixtiraçısı kimi tanıdı).
Kadir Nurmanın yeni kababı qısa zamanda təkcə Berlində deyil, bütün Almaniyada məşhurlaşır.
Dönərin Almaniyada və digər Avropa ölkələrində yayılması bu günə kimi yüksələn xətlə inkişaf edir. Türkiyə İstehsalçıları Assosiasiyasının məlumatına görə, hazırda Almaniyanın 16.000 kafe və restoranında müştərilərə dönər verilir. 1000-dən çox restoran-kafe təkcə Berlində yerləşir.
Avropa bazarlarının dönər kabablarına olan ehtiyacının 80 faizini alman kompaniyaları ödəyir.
Qeyd edək ki, Kadır Nurman 2013-cü ilin oktyabrında Almaniyada, 78 yaşında vəfat edib. Ölkə mətbuatının yazdığına görə, hazırda Almaniyada satışda olan dönərlər 60 min iş yerinə daşınır. Almaniya hökumətinin rəsmiləri, o cümlədən kansler Angela Merkel tez-tez öz çıxışlarında türk dönərini çox sevdiyini deyir.
Anar Tağıyev
-
Magazin118:24
Namiqin bacısı bədbəxt hadisənin qurbanı olub - VİDEO
-
MDB17:49
Putin fərman imzaladı: Gürcülərə böyük JEST
-
Sosial17:31
Laçına müntəzəm avtobus reysi istifadəyə veriləcək
-
Dünya16:16
Ərdoğan bu ölkələrə gedir: məscid açacaq
-
Nida Təhlil 15:50
Azərbaycan-Ermənistan razılaşması: Bu bəndlər olmadan...
-
Region15:02
Türkiyədən tarixi qərar: Rusiyanın tətbiq etdiyi bu ifadə dəyişdirilir
-
İqtisadi gündəm14:22
İsrail İrana hücum edərsə, neft bu qiymətə olacaq
-
Sosial14:05
Əhməd Əhmədov haqqında qərar verildi - Video