Pilotsuz uçan aparatları qartallar tutacaq – VİDEO/FOTOLAR
Bizi izləyin

Bilgi.az

Pilotsuz uçan aparatları qartallar tutacaq – VİDEO/FOTOLAR

Hollandiya polisi icazəsiz uçurulan pilotsuz uçan aparatlara qarşı təlim görmüş qartallardan istifadə edəcək.

Publika.az xəbər verir ki, təlim görmüş qartallar istənilən pilotsuz aparatları havada zərərsizləşdirmək qabiliyyətinə malikdir.

Hərbi və kəşfiyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan pilotsuz uçan aparatlar Hollandiyanın böyük şəhərlərində mülki şəxslər tərəfindən də geniş istifadə olunmağa başlayıb. Hətta bu ölkədə pilotsuz uçan aparatlardan sərhəd keçid məntəqələrində də istifadə olunmaq hallarına rast gəlinib.

Bütün bunlar isə Hollandiyada bir sıra problemlərə səbəb olub. Odur ki, Hollandiya hökuməti problemin həlli üçün, yəni qanunsuz olaraq uçurulan pilotsuz aparatları zərərsizləşdirmək üçün təlim görmüş qartallardan istifadə edəcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm