Çılpaq şəxsi görmək orucu pozurmu?
Bizi izləyin

Bilgi.az

Çılpaq şəxsi görmək orucu pozurmu?

Bu il Ramazan ayı istilərə təsadüf etdiyi üçün sərinləmək istəyən bir çox adam dənizə və ya hovuza getmək istəyəcək. Bəs gedilən yerlərdə çılpaq insan görmək insanların orucunu pozur?

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Müfti Müavini Kadriye Erdemli bu suala cavab verib. Onun sözlərinə görə, dənizə girən adamın paltarı ibadət qaydalarına və Ramazan ayının ruhuna uyğun olmalıdır: "İnsanların gözünü haramdan qorumalı və çılpaq birinə baxmamalıdır. Bu davranış həm kişilərə, həm də qadınlara aiddir. Allah "Qurani Kərim"də bu məsələ ilə bağlı bu xəbərdarlıq edib: "Mömin kişilərə söylə gözlərini haramdan çəkinsinlər, namusunu qorusunlar. Bu davranış onlar üçün daha nəzakətlidir. Şübhə yoxdur ki, Allah onların etdiklərindən xəbərdardır. Mömin qadınlara da söylə, gözlərini haramdan çəkinsinlər, namusunu qorusunlar". Peyğəmbərimiz isə bir hədisində belə buyurub: "Harama baxmaq, şeytanın oxlarından daha zəhərlidir. Allahdan qorxduğu üçün harama baxmayan insana Allah mükafat olaraq elə bir iman verər ki, onun həzzini ürəyində hiss edir".

Kadriye Erdemli bildirib ki, Allahın insana verdiyi ən qiymətli orqanlarından biri şübhəsiz ki, gözüdür: "Bu orqan insan oğlunun ətrafını görməsi və xarici dünya ilə əlaqə yaratması üçün yaradılıb. Amma yuxarıdakı ayədə də bildirildiyi kimi harama baxmaq qadağandır. Hər zaman olduğu kimi Ramazanda da bu məsələdə daha diqqətli olmaq lazımdır. Oruclu insan harama baxmamalı, ibadətin ruhuna uyğun gəlməyən və onun savabını azaldan əməllərdən qəlbini mühafizə etməlidir. Oruc təkcə mədənin boş qalması deyil. Oruclu insan gözünü haramdan qorumalı, dilini dedi-qodu və qeybətdən, qulağını pis söz dinləməkdən, beynini boş şeylər düşünməkdən də qoruması lazımdır. Əgər oruclu insan bu sadaladıqlarıma əməl etməsə, əbəs yerə ac və susuz qalmış olarlar. Çünki yeyib-içməmək heç bir məna ifadə etməz. Həzrət Peyğəmbər bir hədisində "Oruc tutsa da, yalan, qeybət və dedi-qodu kimi günah işlərlə məşğul olan insanlara Allahın ehtiyacı yoxdur" deyib.

Müqəddəs Peyğəmbərimiz daha bir hədisində "Nə Qədər oruc tutanlar var ki, onlara qalan ancaq aclıq və susuzluqdur" - deyə buyurub.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm