Kral ailəsinin milyardlıq MÜLKLƏRİ - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Kral ailəsinin milyardlıq MÜLKLƏRİ - FOTOLAR

Dünyanın ən varlı monarxı hesab edilən II Yelizavetanın nələrə sahib olması hər zaman müzakirə mövzusudur. Mənbələrə görə, Böyük Britaniya kraliçasının əmlakı iki yerə bölünür. Birincisi şəxsi əmlakı, ikincisi isə ümumilikdə monarxiyaya məxsus olan daşınmaz əmlak və torpaqlardır. Hansı ki, onları The Crown Estate və The Royal Parks, yaxud The Duchy of Lan­caster kimi şirkətlər idarə edir.

Publika.az xəbər verir ki, bu əmlaklar kralın və ya kraliçanın şəxsi mülkü sayılmır. Onlar bir monarxdan digər monorxa miras keçir.

Sandrinqem sarayı

Norfolkda yerləşən Sandrinqem sarayı Vindzor dinastiyasının şəxsi əmlakıdır. II Yelizavata bu sarayı atası VI Qeorq miras alıb.

Balmoral qəsiri

Balmoral qəsri də II Yelizavatanın şəxsi əmlakıdır. Maraqlıdır ki, Sandrinqem sarayı və Balmoral qəsri 1936-cı ildə kraliçanın əmisi kral VIII Edvard məxsus olub. Kral taxtdan geri çəkildikdən sonra Yelizavetanın atası VI Qeorq bu malikanələri miras almır. O yalnız pul ödəyərək Sandrinqem sarayını və Balmoral qəsirini Qardaşından satın ala bilir.

Vindzor qəsri və Bukinqem sarayı

Bu əmlaklar da Böyük Britaniya monarxiyasının rezidensiyası hesab edilir. Vindzor qəsri "the Occupied Royal Palaces Estate" şirkətinə məxsusdur. Qəsr hər kraldan sonra varisə miras qalır. Kraliça qəsrin maliyyə məsələlərini nə həll edə bilər, nə də sata. Bukinqem sarayı da kraliçanın əmlakı hesab edilmir. Saray hakimiyyətdə olan monarxa aiddir. Saraq "The Royal Estate"in idarəçiliyindədir.

Lankaster hersoqluğu

Kraliçanın mülkünə eyni zamanda Lankaster hersoqluğu daxildir. Bura 18454 ha İngiltərə və Uels torpaqları aiddir. Bura eyni zamanda kommersiya məqsədli kənd təsərrüfatı və yaşayış obyektidir. Burdan əldə olunan gəlir kral ailəsinin xərclərinə yönəldilir. Yeri gəlmişkən, Yelizaveta Sandrinqem və Balmoraldan fərqli olaraq bu ərazini sata bilməz. Çünki hersoqluq monarxiyaya aiddir.

II Yelizaveta həmçinin "The Crown Estate" şirkətinin səhm paketinə sahibdir. Amma kraliçanın şirkətə daxil olan 11,5 milyard funt dəyərində daşınmaz əmlakın idarəçilik haqqı yoxdur. Yelizaveta sadəcə illik 15% faiz divident alır.

Kraliyyət parkları

Kraliyyət parkları sadəcə nominal olaraq Yelizavetaya məxsusdur. Parkların idarəçiliyini "The Royal Parks" həyata keçirir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm