Dünyanın ən yaxşı qorunan bankı
Bizi izləyin

Bilgi.az

Dünyanın ən yaxşı qorunan bankı

Yolunuz Londonun "Bank" adlı bölgəsinə düşərsə, bilin ki, ora Birləşmiş Krallığın maliyyə ürəyinin atdığı yerdir. Qalın divarlı o köhnə tikintilərin hər birində çox qiymətli kağızın və xəzinənin saxlandığı böyük seyflər vardır. Lakin bura belə dünyanın ən yaxşı qorunan bankının yanında cılız qalar.

Svalbard toxum bankı

Dünyanın ən yaxşı qorunan bankı bir toxum bankıdır və Norveçə aid bir adadadır. Şimal qütbündən sadəcə 1300 km uzaqlıqda Şpitsbergen adlı bir adada, son dərəcə təhlükəsiz bir formada inşa edilmiş bu toxum bankında, dünyanın dörd bir tərəfindən gətirilmiş, dörd mindən çox bitkiyə aid 840,000 toxum saxlanılır.

2008-ci ildə fəaliyyətə başlayan Svalbard toxum bankının məqsədi müharibə, qlobal istiləşmə, təbii fəlakətlər kimi hər hansı bir böhran səbəbiylə bir bitki növünün ya da toxumlarının yox olmasının qarşısını almaq və bu bitki növlərinin davamlılığını təmin etməkdir. Bu səbəblə bu bankın bir digər adı qiyamət ambarıdır. Toxum bankının saxlama hissəsi, buzlaqların altında, bir dağın içərisinə oyularaq açılmışdır.

Xərcləri tamamilə Norveç tərəfindən qarşılanan bank, təxminən 9 milyon dollara başa gəlmişdir. Toxum bankının əməliyyat xərcləri isə "Global Crop Diversity Trust" tərəfindən ödənir və bu quruluşun dəstəkçiləri arasında "Microsoft" və "Bill & Melinda Gates Foundation" da vardır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm