Bilgi.az
Telekanal biabırçılığa görə ÜZR İSTƏDİ - VİDEO (YENİLƏNİB)
"Günəş TV"-nin icraçı direktoru Rəşad İsayev efirdə baş vermiş xoşagəlməz hadisə ilə bağlı açıqlama verib. O, bu görüntülərə görə tamaşaçılardan üzr istəyib:
"Baş verən yanlışlığa görə təəssüf hissi keçiririk. Məsələ ilə bağlı bir neçə əməkdaş artıq cəzalandırılıb. Aparılan araşdırmaların nəticəsində, bu xoşagəlməz halın yaşanmasına səbəb olan, cavabdeh şəxslər işdən azad olunacaq. Eyni zamanda, bir daha belə halların yaşanmaması üçün telekanal əməkdaşları qarşısında xüsusi tələb qoyulub. Bu xoşagəlməz duruma görə tamaşaçılarımızdan üzr istəyirik". (azxeber.com)
***
12:00
ANS TV-nin yerinə gecə saatlarında ümumrespublika yayımına keçən "Günəş TV"də hər kəsi təəcübləndirən tərcümə efirə verilib.
Dünən gecə saatlarında efirə gedən "Mən yaramazam" cizgi
filmində personajlardan biri təhqiramiz sözlər işlədib. Maraqlıdır
ki, Azərbaycan dilində yayımlanan bu cizgi filmində tərcümə də eyni
cür verilib
Belə ki, personaj "o sənin dalını dağıdacaq" sözünü deyib və bu sözlər ana-dilimizdə efirə verilib.
Maraqlıdır ki, kanalın əsasnaməsində qeyd olunur ki, efir vaxtını bütünlüklə uşaqlara həsr edən "Günəş TV"-nin yayımında şiddət, pis vərdişlər aşılayan kadrlara yer verilmir. Efirdə yalnız milli-mənəvi dəyərlərə söykənən, uşaq psixologiyasına müsbət təsir edən verlişlər və filmlər yayımlanır. (azxeber.com)
Həmin görüntüləri təqdim edirik:
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər