12 AVQUST
Bizi izləyin

Bilgi.az

12 AVQUST

Avqustun 12-si Beynəlxalq Gənclər Günüdür. 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Bu gün gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə qeyd olunur.

1926-cı il. Azərbaycanın Xalq Şairi Qabil (Qabil İmamverdiyev) anadan olub (1926-2007). O, 1976-cı ildə Azərbaycan SSR Dövlət mükafatına,1996-cı ildə "Şöhrət", 2006-cı ildə "İstiqlal 2" ordenlərinə, 1980-ci ildə "Əmək igidliyinə görə" medalına və digər mükafatlara layiq görülüb. Şair "Mənim mavi Xəzərim", "Ömrüm boyu", "Nəsimi", "Ömrün həbləri" kimi bir sıra kitabların müəllifidir.

1851-ci il. Amerikalı dərzi İsaak Merrit Zinger məkiklə işləyən ilk tikiş maşınını patentləşdirib. "Singer" adlı tikiş maşınının yaradılmasına dərzi cəmi 11 gün vaxt sərf edib. Həmin il o, tərəfdaşı Edvard Klarkla birgə bu tikiş maşınlarını istehsal edən "Singer Company" şirkətini yaradıb. 1855-ci ildə Parisdə keçirilən dünya sərgisində "Singer" birinci yeri tutub.

1865-ci il. Cərrahi əməliyyat zamanı ilk dəfə karbol turşusundan (fenol) istifadə edilib. Əməliyyatlardan sonra ölüm hallarının artmasının səbəblərini araşdıran ingilis cərrah Cozef Lister buna infeksiyaların səbəb olduğunu anlayıb. O, 1865-ci ildə ilk dəfə alətlərin və cərrahın əllərinin dezinfeksiya olunması üçün karbol turşusundan (fenol) istifadə edib. Bununla da əməliyyatlardan sonrakı ölüm halları 45 faizə düşüb.

2000-ci il. Barens dənizində torpedanın partlaması nəticəsində "Kursk" atom sualtı qayığı batıb. Qəza nəticəsində 118 nəfər heyət üzvü həlak olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm