Bu, uşağınızın gələcəkdə uğur qazanacağını göstərir
Bizi izləyin

Bilgi.az

Bu, uşağınızın gələcəkdə uğur qazanacağını göstərir

Psixoloqlar uşağın gələcəkdə ona uğur qazanmasına imkan verəcək əsas xarakterik xüsusiyyətini açıqlayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər hesab edir ki, uşağın gələcəkdə uğur qazanmasını göstərən əsas əlamət inadkarlıqdır. Psixoloqların fikrincə, uşaqların şəxsi fikrə malik olmaq qabiliyyəti və avtoritar hakimiyyətə müqaviməti onların gələcəkdə uğur qazanmasına birbaşa təsir edir.

Alimlər 1968-cı ildən bəri 745 uşaq üzərində araşdırma aparıb. Araşdırmada iştirak edənlərin orta yaş həddi 9 ilə 11 arasında olub. Onlardan 49,9 faizini qızlar təşkil edib.

Tədqiqatın sonunda ekspertlər valideynin sosial-iqtisadi statusunun təsirini, uşaqların intellektini, məktəbə və dərsə davamiyyəti, davranış xüsusiyyətlərini (diqqət, məsuliyyət, çalışmasını, optimist və pessimist əhval-ruhiyyəsini və s.), peşə uğurlarını və yaşlı vəziyyətdə onların gəlir səviyyəsini qiymətləndirib.

Alınmış nəticələr çalışqanlığın köməyilə keçmişdə əldə olunan uğurlar ilə məsuliyyət və avtoritar hakimiyyətə qarşı müqavimət arasında qarşılıqlı əlaqə olduğunu göstərib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm