Bilgi.az
150 yaşında ilk dəfə siqaret çəkən azərbaycanlı - 23 övladın atası
Bu gün onun anım günüdür.
Düz 43 il əvvəl SSRİ-nin və bütün dünyanın haqqında danışdığı bu
azərbaycanlı çoban vəfat etdi. O, 1805-ci ildə Lerik rayonunun
Barzavu kəndində anadan olmuşdu. 3 dəfə evlənmişdi, vəfat edəndən
sonra 23 övladı qaldı. Sonuncu övladı isə, hə, təəccüblənməyin, 136
yaşında olanda dünyaya gəlmişdi. Üçüncü yoldaşından. Xaney nənə ona
qız bəxş etmişdi.
Onun yaşını təsdiqləyən yeganə sənəd pasportu olub. Doğum haqqında
şəhadətnaməsi və ya onu əvəz edən hər hansı sənəd olmadığından
bəzən onun yaşı çoxlarında şübhə doğurub.
1800-cü illərdə əhalinin siyahıya alınması olmadığından onun
təvəllüdü ilə bağlı səhv etmək mümkündür. Elə fransız tarixçisi
Moşe Tovem də keçən əsrin 60-cı illərində çap olunmuş özünün
"Qafqaz xalqları və onların mədəniyyəti" əsərində bu məqamın
üstündə dayanmış, 19-cu əsrin əvvəllərində əhalinin siyahıya
alınmasının həmin dövrdə qeyri mümkün olmasını, yerləşdiyi çətin
dağlıq şəraitinin, mərkəzi ilə əlaqələrin və s. olmamasını
yazmışdı. Bəzi mülahizələrə görə, onun yaşı azı 50 il artıq
göstərilib. Bu, sovetlərdə sadəcə təbliğat üçün gərək imiş.
Təsadüfi deyil ki, onun haqqında çəkilmiş sənədli film dünyanın
20-dən çox dilinə tərcümə edilmişdi.
Amma bununla bərabər onun adı Ginnesin Rekordlar Kitabına
salınmışdı.
O, vəfat edənədək, düz 168 il eyni kənddə, Barzavuda yaşayıb.
Deyilənə görə, hər gün işləyib, mal-qara otarıb, at sürüb, odun
yarıb və meyvə bağında çalışıb.
İlk dəfə isə ölümündən bir əvvəl, 1972-ci ildə xəstələnib. Vəfat
etdikdə onun həyat yoldaşının 107, nəvəsinin 100 yaş varmış.
Alimlər illərlə onu ziyarət ediblər. Uzunömürlülüyün səbəbi kimi
onlar təmiz dağ havası, sakit, gərgin olmayan həyat tərzi, qidada
yağın miqdarının çox az olmasını gətiriblər.
Deyilənə görə, dilinə bircə qram da alkoqol dəyməyib. Onun qida
rasionunun on illərlə tərəvəz, meyvə, mayasız kəpəkli çörək, təzə
ət və az yağlı pendir təşkil edib. O, tütün məmulatlarından
istifadə etməyib, yalnız 150 yaşında bir dəfə dadına baxmaqla özünü
zəif və xəstə hiss edib.
Onun haqqında çoxlu rəvayətlər, hətta lətifələr də mövcuddur.
Deyilənə görə, əcnəbi jurnalistlərə dünyanın ən uzun ömürlü
insanının göstərmək üçün bir dəfə onu Moskvaya aparıblar. Bir həftə
ancaq dieta da saxlayıblar. Amma dözə bilməyib. Elə jurnalistlərin
qarşısındaca, " mənə ət verin" deyə qışqırıb, əsəbiləşib.
Və yəqin ki, bu onun ilk və sonuncu əsəbiləşməyi olub. Əks halda bu
qədər yaşamazdı...
Hə, yazını burada bitirək. Amma bir zəruri
xatırlatmayla. Bu gün 136 yaşında ata olan, 150 yaşında ilk
siqaretin tamına baxan və 168 il yaşayan Şirəli babanın, Şirəli
Fərzəli oğlu Müslümovun anım günüdür… (Lent.az)
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO